Şou-biznes

Natavandan Röya və Elnarəyə barışıq addımı

13 Fevral 2018 11:04
3 Şərh     Baxış: 3 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir küsülü olan keçmiş "W-trio" qrupunun solistləri Natavan Həbibi, Röya Ayxan və Elnarə Xəlilovanın barışdığı iddia olunur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Natavan "Planet parni iz Baku" komandasının onları parodiya etdiyi videonu İnstaqram səhifəsində paylaşıb. Müğənni paylaşımına "Ay səni... Röya Ayxan və Elnarə Xəlilova, günün mövzusu. Sizi öpürəm" sözlərini yazıb.

Natavan paylaşımında şərh yerini də bağlayıb.

Qeyd edək ki, E.Xəlilova da bu günlərdə "Xəzər maqazin"ə açıqlamasında keçmiş rəfiqələrinin ünvanına təriflər yağdırmışdı. O, Natavan və Röyanın ünvanına "Bizim üçümüzün də əqidəmiz, amalımız, ürəyimiz birdir. Müxtəlif məsələlərə eyni yanaşırıq" sözlərini deyib.

Xatırladaq ki, rəfiqələrin küsməsinə səbəb Röya və Elnarənin Natavanın solo konsertinə gəlməməsi olmuşdu. Daha sonra isə onlar bir-birinin ünvanına sərt sözlər demişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.