Şou-biznes

Xalq artistindən efirdə makiyajını sildirən Zaura cavab: "Mənim yerimə hansı məşhur olsaydı..." - FOTO

13 Fevral 2018 09:55
10 Şərh     Baxış: 14 189

Xalq artisti Gülyanaq Məmmədova "5/5" verilişinin qonağı olub.

Teleaparıcı Zaur Kamal xalq artistindən makiyajını silməsini xahiş edib. Bu halı tamaşaçılar teleaparıcı tərəfindən xalq artistinə hörmətsizlik kimi qəbul ediblər.

Milli.Az-a açıqlama verən Gülyanaq Məmmədova baş verənlərə aydınlıq gətirib:

"Dünən yayımlanan "5/5" verilişindən sonra, təbii ki, mənə də çox zəng gəldi. Sual verirlər ki, niyə Zaur makiyajınızı sildirdi? Niyə siz sildiniz? Bu tip suallar həddindən artıq çoxdur. Heç kim nə Zauru, nə də məni qınamasın. Bu, bir şou proqramdır. İnsan necə varsa, elə görünməkdən utanmamalıdır. O demək deyil ki, qadınlar makiyajsız çirkin olur. Mənə görə qadınlar doğulan gündən gözəldir. Məxsusi olaraq da azərbaycanlı xanımlar.

Sadəcə, Zaur bəy xahiş etdi və mən də çəkinmədən makiyajımı sildim. Mənim yerimdə hansı məşhur olsaydı, bilmirəm silərdi, ya yox, amma mən çəkinmədən sildim. Çünki üzümdə bir qüsur, yaxud da uğursuz əməliyyatların nişanəsi yoxdur. Ümumiyyətlə, mən gündəlik həyatımda qətiyyən makiyajdan istifadə etmirəm. Bunu hətta məhəlləmizdəki market satıcıları da bilir və görür. Mən yalnız toya və efirə gedəndə makiyajdan istifadə edirəm. Hətta məni makiyajsız görənlər bildirirlər ki, efirdəkindən daha incə və gözəl görünürsən".

Qeyd edək ki, dünən "5/5" verilişinin aparıcısı Zaur Kamal xalq artistinin makiyajını sildirmişdi. Bu hal tamaşaçılar və müğənnini sevənlər tərəfindən birmənalı qarşılanmamışdı.

Gülyanaq Məmmədova, həmçinin Milli.Az-a makiyajsız fotolarını təqdim edib.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Mələk · 13 Fevral 10:0398

    Mən Gülyanaq xanımı çox sevirəm! Dəyərli sənətkardır. Zaurdan ona qarşı edilən bu addımı hğrmətsizlik kimi qəbul edirəmş

    Cavab yaz
    • Anonim
      lale · 13 Fevral 11:2140

      gulyanaq xanım sizə belə qaş yaraşmır cox pis görsənir

      Cavab yaz
  • Anonim
    anonim · 13 Fevral 10:20511

    Özlərindən razılar.Nəyin qəşəngdir

    Cavab yaz
  • Anonim
    Araz · 13 Fevral 10:2185

    Mən burada qəribə, hörmətsizlik görmürəm. İnsan heç vaxt necə yaradıldığından utanmamalıdı. makiyajı siləndən sonra daha da gözəlləşdi. Gəlin bir-birimizə hörmətlə yanaşaq.

    Cavab yaz
  • Anonim
    Çiçək · 13 Fevral 10:4485

    Makiyajsızda qesengdi siması Gülyanaq xanımın.efir medeniyyeti danışıq qabiliyyetleri seslerile geyimleri ile hemise secilirler bu bacılar.ugurlar...

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 13 Fevral 10:48158

    Men olsaydim sexsen studyani terk ederdim.Senetkar efirde senet gostermelidi yoxsa aparici deyecek donbalaq asun burda etmelisennn??? O ne demekdi ne ixtiyarla makiyaji sildirir qanacaqsiz qabiliyyetsiz Menim xosuma gelmedi efir medeniyyeti olmalidi insanlarda

    Cavab yaz
  • Anonim
    Zeynäb · 13 Fevral 10:51113

    Zaur danişigin bilmayan aparicidir.

    Cavab yaz
  • Anonim
    Aaaaa... · 13 Fevral 11:0185

    Etiraf etmək lazımdır ki, makiyajsız bəzəksiz qadınların əksəriyyəti xarici görünüşdən gözəl olmurlar. Daxili gözəllik birinci yerdədir. Bu qəbahət deyil. Sadəcə özlərindən çox deməsinlər ki mən gözələm. Əgər həyatda qadınların bəzənmək anlayışı olmasa idi və kişilər yalnız qadınlara gözəl olduğuna görə yaxınlaşsaydılar onda çox qadın ailə qurmamış və kişisiz qalmış olardı.

    Cavab yaz
  • Anonim
    melik · 13 Fevral 12:3140

    zaur hec utanib xecalet cekir gorem etdiyi hereketlerden

    Cavab yaz
  • Anonim
    nino · 13 Fevral 12:4721

    Allah hərəyə bir gözəllik verir.Zaurda reytınq üçün belə edır.Makyajsizda gözəldir insandida

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.