Şou-biznes

Vüsalə: "Mən ağlayanda, “cükküldəşdiyi” aktrisanın uşaqlarına baxırdı" - YENİLƏNİB - FOTO

13 Fevral 2018 12:26
51 Şərh     Baxış: 21 301

12:26

Aparıcı Vüsalə Kərimova reanimasiyada olan atası, əməkdar artist Vaqif Kərimov haqqında sərt ifadələr işlədib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial media hesabında onu atasına qarşı biganə olmaqda günahlandıran insanlara qarğış edib və keçmişi haqqında hər kəsdən gizlətdiyi etiraflar edib:

"Kimlər bilir, nələr çəkdim?! Bilmədən yarğılamaq sizə çox asandır! Qarşınızda həmişə dik durdum deyə, heç qırılmadımmı sandınız? Özümü anladacaq kəlmələrim olmayınca susaram mən... içdən, bir sükutla, sadəcə, susaram... İllərlə susdum! Amma bu dəfə məni hayqırmağa məcbur etdiniz! Ağzıgöyçəklər, sizədir sözüm!

Mən 40 il atasız böyüyəndə, ata nədir bilməyəndə, ata nəvazişi görməyəndə, ata çörəyi yeməyəndə heç demədiniz niyə belə? İndi Vaqif Kərimovun xəstələnməyi sizdə hisslər oyadıb? Amma deyim, biləsiniz, o hisslər məndə heç olmadı ki, bu gün də ölsün! Yadımdadır, uşaq vaxtı kimsə xətrimə dəyəndə, babam görməsin deyə evimizin arxasındakı bağçada ağacları qucaqlayıb, zülüm-zülüm ağlayırdım, ata deyib qışqırırdım...

Elə bilirdim, gəlsə, heç dərdim olmayacaq. Halbuki, babam məni əl üstə saxlayıb. Çünki mən ana babamın evində dünyaya gəlmişəm. Amma içimdə bu yaşıma qədər bir boşluq var, heç vaxt dolmayacaq. Siz ata çiyni nədir bilirsiniz? Amma mən bilmirəm, çünki ora heç vaxt başımı qoymadım!

Mən ata deyib, göz yaşı tökəndə həmin sizin bu gün məni çarmıxa çəkdiyiniz insan "cükküldəşdiyi" aktrisa yoldaşından dünyaya gələn, məndən doqquz ay kiçik qızına və arvadının birinci ərindən olan uşaqlarına atalıq edirdi!

Mən günahkar idim ki, onun vasitəsilə dünyaya gəlmişəm? Nə haqqınız var məni günahlandırmağa? Nə haqqınız var adını adıma bağlamağa? Mənim oğlum 17 yaşına gəldi, amma Vaqif Kərimovun onun babası olduğunu bilmədi!

Sayənizdə artıq biləcək! Oğlum mənə deyəndə ki, ana şəxsiyyət vəsiqəndə atanın adı səhv yazılıb, başını qatdım, cavabdan qaçdım. Çünki deyə bilmədim, atam məni atdı, atam məni istəmədi, istənilmədən dünyaya gəldim... Bunu deməyə özümü hazır bilmədim heç vaxt, oğluma travma verə bilmədim... Amma siz nə etdiniz?

Xəbərləriniz reytinq versin deyə başqasının həyatını manşet etdiniz! Məni günahlandırdınız! Edin! Artıq nə istəsəniz, edin! Halbuki Allah bilir nə çəkdiyimi! Allah ürəyimdən su içirtsin məni qınayanlara! Allah yaşadığımı yaşatsın məni günahlandıranlara!

Allah gözündə kədər qoysun bir ömür boyu məni qınayanların... O zaman məni anlayarsınız... İndi siz cavab verin, atam gəlib atasızlığımı atasız günlərimdən qova bilərmi?

P.S. Bu mövzu ilə bağlı heç kim məni rahatsız etməsin!"

Qeyd edək ki, İrəvan Dövlət Dram Teatrının aktyoru Vaqif Kərimovun Vüsalənin atası olması ilə bağlı xəbəri qafqazinfo saytı yayıb.

-----------
10:25

Tanınmış teleaparıcı Vüsalə Kərimova adının əməkdar artist, Vaqif Kərimovla birlikdə çəkilməsindən əsəbləşib.

Milli.Az-a açıqlama verən teleaparıcı atası ilə olan soyuq münasibətlərinə bu cür aydınlıq gətirib:

"Bəli, həmin şəxsin mənim atam olduğu doğrudur. Biri var ki, sıradan bir insan olsun, bir də var ki, insan əməkdar artistdir, Qarabağ müharibəsi veteranıdır, gündəmdədir, seriallarda çəkilir, İrəvan teatrındakı tamaşalarda oynayır. Bütün bu titulları ola-ola insanın adı "Sən demə, xəstəxanaya yerləşdirilən əməkdar artist Vüsalə Kərimovanın atası imiş".

Bu dəhşətli bir bənzətmədir, heç xoşuma gəlmədi. Bizim münasibətimiz yoxdur, bu, o demək deyil ki, biz dalaşmışıq. Sadəcə olaraq, mən dünyaya gəlməmiş valideynlərim ayrılıb. Bunun mənə heç bir aidiyyəti olmayıb. Mən babamın yanında böyümüşəm, ata və ata qayğısı, istəyi görməmişəm ki, onun üçün narahat olacaq bir yerim olsun. Bəli, insandır, bilirəm ki, xəstəxanadadır. Elə də bir ciddi problemi yoxdur, vəziyyəti yaxşılaşıb. İrəvan Teatrının rəhbəri İftixar Piriyevlə əlaqə saxlayıram, o tez-tez yanına gedib-gəlir. Bundan başqa xəstəxanadan xahiş etmişəm ki, həkimlər ona yaxşı nəzarət etsinlər. Bu qədər, Allah şəfa versin!".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

51 Şərh:

  • Anonim
    k.k · 13 Fevral 10:43528

    Sozlerinde haqq var. Ona ataliq etmeyib, ne demelidir.

    Cavab yaz
    • Anonim
      Butun qinayanlara · 13 Fevral 16:25146

      Senin valideyinin ola ola amma sen onsuz yawamaq bilirsiniz nedir?onu ancaq yawayan biler ve mende bilirem anam bizi qoyub bawqasina ere gedib bizde olenecen daniwmadiq ve Vusale yerden goye qeder haqlidilbu qizdan hec xowumda gelmir

      Cavab yaz
  • Anonim
    Ədalət İbrahimov · 13 Fevral 10:46408

    Vüsalə xanima çox çox böyük hörmətim var. Və mən bu xanimi heç də qinamiram. Əgər ata zamaninda bir qiz övladi ilə maraqlanmayib....öz həyatini yaşayibsa....bu atanin səhvidir. Bu gün soyuq münasibətə görə yalniz ata günahkardir. Yaxşi olar ki, övlad ataya göre taninsin.... atanin sehvinə görə qnanmasin..... VÜSALƏ çox gözəl xanimdi.

    Cavab yaz
  • Anonim
    $.$. · 13 Fevral 10:56389

    qızlar atalarına duşkun olurlar .Vusaləni qınamıram. ata məhəbbəti görməyəndən sonra övlad neyləməlidir ki? hələ Vusalə saq olsun ki xəstəxanaya zəng də edib atasını tapşırıb.

    Cavab yaz
  • Anonim
    cavab · 13 Fevral 11:14825

    niyebirterefli danisirsiniz Heqiqeleri bilmeden rey vermeyinNe bilirsiz gunah kimde olub?Ne bilirsiz o qadin bu kisini niye ozunden uzaqlasdirib?Belke ele bir soz deyib vaxtinda,o insan bir yolluq heyatindan cixib Vusale yeke danismasin Heyatda her sey ola biler DEmek sabah vusalenin basina bir felaket gelse onda ata da desini o mene ovlad olmayibIsteirem o qizi?Olmaz axi Esil insan insanliqin gostermelidir Belke vusale ele addim atardi ki ata da pesmanliq kecirerdi Seh olduqun bilerdi Ancaq indi vusale sehvdir

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Fevral 13:072913

      Vüsalənin başına bir iş gəlsə ,o ata da yaxın durmaz heç vaxt.Çünki,onlar bir-birini tanımırlar,bir-birini sevməyi öyrənməyiblər.Ona görə də Vüsalə lap gözəl edib.Bəlkə də Vüsalənin atasızlıqdan etdiyi səhvlər də varki,onu heç vaxt bağışlaya bilməz.O donor olub,ata yox.

      Cavab yaz
  • Anonim
    asi · 13 Fevral 11:18267

    Sözlərində haqq var..Insanın bir o qədər öz əziyyəti qalıb bir kənarda, indi onu Vüsalənin atası kimi gündəmə gətirir ucuz media..Bəlkə o insan heç Vüsaləin atası kimi tanınmaq istəmir?? Adamın neçə illik zəhmətini qiymətləndirin.Ən azı Qarabağ müharibəsi veteranı kimi tanıdın..Məgər Qarabağ müharibəsi veteranı olmaq Vüsalənin atası olmaq adından ucuzdu??

    Cavab yaz
    • Anonim
      Daglı · 13 Fevral 12:09610

      Bəli, ucizdur)

      Cavab yaz
      • Anonim
        dağlıya · 14 Fevral 12:1000

        sənin üçün ola bilər, əsl azərbaycanlılar üçün Qarabağ ucuz məhfum deyil. Mən qanı mənim qanımdan olan əsl azərbaycanlıları deyirəm haaa. Sən başa düşdün......

        Cavab yaz
  • Anonim
    Ay(vetenperver qiz) · 13 Fevral 11:23423

    Her ne olsa atadir.Ataliq etmesede onun qanin soyadin dasiyir.Damlanin atasi ucun nece feryad etdiyini gorub bir netice goture bilmedi Vusale?Sagliginda deyerin bilsin ona ataliq etmesede,sonra gec olacaq.

    Cavab yaz
    • Anonim
      kohne adam · 13 Fevral 19:3154

      Ata her ne olsa ile olculmur,GOZELIM.ATA YA ATALIQ BORCUNU ODEYIR,ya da bax bele hec kim olur ovlad ucun...HAQLIDIR BU QIZ......

      Cavab yaz
  • Anonim
    orbet. · 13 Fevral 11:33106

    Dedikəriniz həqiqətdirsə hardasa haqq sözü ola bilər. Amma məntiqlə pisə qarşı pislik edənin özünün pisdən fərqi qalmaz.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 13 Fevral 11:531518

      Vusalə duz edib. hec vaxt bir yerdə olmayan yaşamayan tikəsini balasıyla böluşməyən atanı necə istəmək olar? demək irad tutmaq asantdır amma duzunə qalanda bu ata bala tam yad insanlardırlar bir birinə qarşı.

      Cavab yaz
  • Anonim
    nino · 13 Fevral 12:3687

    mən vüsaləni qinamiram insandi ata nevazişi görməyib ona görə belə edir

    Cavab yaz
  • Anonim
    emil · 13 Fevral 12:4195

    Her 1insanin oz dogrylari yanlislari var.hec kesi qinamaq lazim deyil.Allah o aktyora sefa versin.ozgenin usagina ataliq edende bes oz balasi nece yadina dusmeyib.Amma vusale gerek susardi.Atasi sagalardi sonra ureyini acib tokerdi

    Cavab yaz
  • Anonim
    alina · 13 Fevral 12:43196

    Eyer atasiz aci gunler cekdinse eyer atanin ciynine bawini qoymaq isdedinse eyer ata nevaziwi isdedinse qisasi eyer atasizliq nedir bildinse nie bes ovladini atasiz qoydun??

    Cavab yaz
    • Anonim
      Oho · 13 Fevral 12:51165

      Quşu gözündən vurdun lap

      Cavab yaz
      • Anonim
        . · 13 Fevral 13:3740

        alinaya. Atasının qızıdır da.pislik ilə cavab verib yaxşı nə gözləmək olardı ki

        Cavab yaz
        • Anonim
          Lamiye · 14 Fevral 10:1100

          Nə bilirsiz niyə bosanib

          Cavab yaz
  • Anonim
    QQ- · 13 Fevral 12:5253

    Bu qızdan Mətanət Əsədova və Əziz Musa munaqişəsindən sonra xoşum gəlmədə də , burda bunu qinamadım .Düz demir ???

    Cavab yaz
    • Anonim
      asi · 13 Fevral 14:05105

      Düz deməyinə düz deyir..Ancaq burada nə Vüsaləni nə də onun atasını qınamaq lazım deyil.Əsl qınanılası mediadır..Kişi 40 il bundan qabaq boşanıb, gedib işinə..Məgər azdı bu cür insanlar?? Camaat 10-15 yaşlı uşığı atıb gedir..Indi bu kişi hər kimin atası olur olsun, onu niyə aktyor, əməkdar artist veteran kimi xatırlayan olmadı, o saat media Vüsalənin atası kimi piyar yaydı??? Bədbəxtçilik budur əslində..

      Cavab yaz
  • Anonim
    Gunel · 13 Fevral 13:0255

    Duz deyirde cavan vaxdi kisiler sehv ede gedir ele bilirler hemise bele qalacaqlar ama ne vaxtsa yixilacaqlarini fikirlesmirler. İndi kimin haqqi varki o qiza desin ged o ataya bax axi o atsinin yalniz adin bilir atadan ne gorubki.Yaxwiki babasi olub boyudub indi vaqifin qizi adlandirirlar

    Cavab yaz
  • Anonim
    hekim · 13 Fevral 13:03411

    bu arvadin sifetinden biclik yagir. yeqin gunah senin ananda olub, sende ona oxsamisan 1-ni dogan kimi bosanib AZAD gezmek istemisen.... ozuvu camaata melek kimi sirima. eyer damarinda o kisinin qani axirsa ne qeder dasurekli olsanda o senin atandir. amma sen durub xeste adamin daliyca agzuva geleni danisirsan. sende gunah yoxduyeee yeqin etrafin beledir

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Fevral 13:261513

      Bəlkə elə yaşadığı atasız həyat səbəb olub onun üzündəki bicliyə??Boş söhbətdir damarında axan qan.Başqasından olan uşağa atalıq edə bilibsə,demək damar,qan,vena yalan söhbətdir.Onun anası lap kim olmuş olsa da,fakt -onu böyüdən o ana,onun həyatına laqeyd baxan isə bu ata olmuşdur.Ona atalıq etməyən birinin vəziyyəti bu qadını niyə narahat etməlidirki?Nə yaxşı şeymiş-qana arxayın olaq,ataq uşaqlarımızı,gedib ikinci baharımızı yaşayaq,deyəkki nə vaxtsa gəlib tapar məni.Xeyr,həkim,elə şey olmur.Övladlıq sevgi,qayğı istər.İllərlə axtarıb-tapmasaydı o ata bu qızı,indi mən də sizin kimi yazardım.Amma,bir qız uşağını boynubükük qoy,başqasının Andreydən olan qızına atalıq elə.....Ədalətsizlikdir..Məhəbbət gözdə olur,qanda yox.Qanda olan etinasızlıq olubki,o borcunu da Vüsalə bu gün qaytarır.

      Cavab yaz
      • Anonim
        ? · 13 Fevral 18:1492

        Nə deyirsən?

        Cavab yaz
        • Anonim
          Əsranur · 13 Fevral 19:3445

          Oxuya bilmirsən?Ya dərketmə qabiliyyətin podvodit edir???

          Cavab yaz
          • Anonim
            ? · 13 Fevral 21:0711

            Latın qrafikasına alışmamışam hələ

            Cavab yaz
            • Anonim
              Əsranur · 13 Fevral 21:1612

              Günel,sənsən?

            • Anonim
              Yox · 13 Fevral 21:2400

              Günel deyiləm, Əsranur x.

      • Anonim
        ? · 13 Fevral 21:3301

        Salam Əsranur, yox. Mənim yazı üslubumu tanıyırsan axı, bacı. Günel

        Cavab yaz
        • Anonim
          ? · 13 Fevral 22:0100

          Mənim nikim 18.14 , 21.17 və mən. 21.33- sə bilmirəm kimdi, mən deyiləm. Все mən çıxdım

          Cavab yaz
        • Anonim
          ? · 13 Fevral 22:0100

          Əsranur can, mən az az şərh yazıram. Ancaq oxuyub keçirəm. Elə adımı gördüm dedim yazım. Sənə yazanda özümü bildirirəm.

          Cavab yaz
          • Anonim
            Əsranur · 14 Fevral 01:3700

            Bilirəm,Günel.Mənə sual yazanın sən olmadığını bilirdim.Sadəcə,ikincini elə bildim sənsən.

            Cavab yaz
        • Anonim
          Əsranur · 13 Fevral 23:3001

          :)Necəsən,Günel?Nikdən səhv saldım.

          Cavab yaz
  • Anonim
    Dəniz · 13 Fevral 13:1844

    Oğluna niyə başa sala bilmiyib ki atam atib bizi guya oğlunu atasi atmiyib , özü tv barbar bağırırdı tək böyütmüşəm oğlumu

    Cavab yaz
  • Anonim
    IMF · 13 Fevral 13:18114

    Vusaleni qinayarlar indi burda yazacaqlarki Vusale duz edib.Bir adami qinamamishdan evvel gerek herbir sheyi evvelceden fikirleshib sonra yazasan.Onu qinayarlarin bezileri indi burda haqq qazandirilar vusaleye belkede.Hamiya demirem,sozum kime aiddi oda goturecek

    Cavab yaz
  • Anonim
    Rusiya · 13 Fevral 13:4337

    Gargishlarin agzindan dushub yaxava yapishsin. Bu da aparijilarimiz ..... Vay vay

    Cavab yaz
  • Anonim
    orxideya · 13 Fevral 13:43146

    Bioloji valideynlik valideynlik deyil! Öz səhvi ucundan övladinin hər addimini izləyə bilməyən, övladinin üzərində maddi və mənəvi haqqi olmayan bir insan valideyn sayilmaz.

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 13 Fevral 13:45107

    Ata rehmete gederse,ushaq atasiz böyüyerse bu ALLAHIN qanunudur,ancaq ata sag iken atasiz böyümek,bu ayri derddir.!.Bu xanimi beyenmesemde,hardasa haqqlidir.!.Boshandiqda anaya göre ushagi atmaq olmaz,vaxtinda ataliq etseydi,indi bu qizi da derd diindirmezdi...Demek ki,bu qizin aqressivli sebebsiz deyilmish,heyatini birine nifret etmekle,sevgisiz,ata nevazishi gözlemekle keçirib.!.Heyatda hechne sebebsiz olmur,fikrinin fakti..Indiki boshananlara ders olsun ki,40 il sonra ushaqlari da bu xanim kimi feryad etmesin...

    Cavab yaz
  • Anonim
    konul · 13 Fevral 13:5325

    hec kimi qinamag olmur herenin ozune gore bir sebebi var yegin ki bu kishinin o biri ushaglari yanindadi kimlere ki ataliq edib

    Cavab yaz
  • Anonim
    Suri · 13 Fevral 14:2265

    Vusaleni hec vaxt beyenmemisem.amma duz soze ne deyesen. Haqqi var uzunu gormediyin insana nece urek qzdra bilersen axi . qnayanlara sozum yoxdu..!!

    Cavab yaz
  • Anonim
    zizi · 13 Fevral 14:2655

    Vusale haqqlidir.

    Cavab yaz
  • Anonim
    vvv · 13 Fevral 15:4102

    2 ci arvadı kimdi?

    Cavab yaz
  • Anonim
    S · 13 Fevral 16:4655

    Men vusale xanimi Basa dusurrm kenardan her sey asan gorunurbir neferi qinayanda onun cekdiklerini gormek lazimdir onda Basa dusmek olar kl o Ne cekib Oda isteyib atasi olsun Amma gormeyib

    Cavab yaz
  • Anonim
    Daglı · 13 Fevral 18:1728

    Fon şəkli gözəl şəkildi.

    Cavab yaz
  • Anonim
    kohne adam · 13 Fevral 19:2555

    Tam duz deyir Vusale, yazdiqlarinin oxudum qelbim sizladi. Atan ola ola atasiz qalmaq cox agirdir,onu o agrini cekenler biler.Men cekmemisem,ancaq tam duyuram ve qetiyyen qinamiram.NE QINAMAQ hec soz demek olmaz. GOR O ATA HEC BUNU YADA DA SALMAYIB?Anani istememiyib,basa dusdum bes bu korpe qizin ne gunahi var? Niye bir ata kimi onu yoxlamayib? Basqasinin usagini saxlayib,ancaq oz dogma balasi harda qalir qalsin ve bu gun "ATA'" deyib onu qucaqlamaq mumkunmu?Illerin acisini unutmaq mumkunmu?QETIYYEN,QETIYYEN...Ne ata?Adam bioloji yox heqiqi ata olmalidir.Duz edirsen qizim..Qoy hec olmasa o birilerine de ders olsun...

    Cavab yaz
    • Anonim
      jale · 14 Fevral 00:1320

      vusaleni qinamaq olmaz cunki bu ata qiziynan bir defede olsa maraqlanmayib ona qizim demeyibse onun bawina bir defe sigal cekmeyibse 40 il az vaxt deyil anasiyla aralarinda ne olub olub bu qiz hemin vaxtlar gunahsiz korpe olub o qiz nece boyuyub o kiwi bilmeyib onun qizi ne yeyir ne icir iller kecir boyuyur indi vusale 40 ilden sonra uzunu yaxindan gormediyi adama desinki ata necesen?

      Cavab yaz
  • Anonim
    Naz · 13 Fevral 23:4100

    Her bir ovladin uzerinde balideyinin halaliq borcu var ki valudeyin cekdiyi zehmeti halal etsin amma hemcinin ovladda valideyine halalliq vermelidir biz deye bilmerik gunah kimdedi her kesin ozune gore haqli sebebleri var az ana yoxdur ovladlarini atasina dusman edir ataya qarsi nifret oyadir biz bile bilmerik . en azindan bir insan cetin veziyyetdedir gelin ona sefa dileyek Allahdan birde en azindan Vusale xanim bilmelidir ki atasi muharibe vetranidir mence bele bir insan xalqini dusunub canindan kecmeye hazir olubsa o hecde pis ata ola bilmez .

    Cavab yaz
  • Anonim
    Ceyran · 14 Fevral 07:4010

    Bu giz indi bilindi Niye bele agressiv egoist gorsenir efirde.Heyattan boyuk zerbe alib,korpelikden.Kobud ve sertdir.Yawardan da yapiwib,oglan aile gurmur,bunu da ala bilmir.Allah bilen meslehettir

    Cavab yaz
  • Anonim
    Sentruion · 14 Fevral 12:0110

    Haqlıdı burda Vüsalə əgər dedikləri doğrudursa onun bu sözləri" Ağacları qucaqlayıb ağlayırdım ata ata deyib qışqırırdım" məni lap kövrəltdi.Bir qız uşağı üçün ata böyük arxadı hərtərəfli qızlar ataların çox istər onunla nəfəs alar

    Cavab yaz
  • Anonim
    Anonim · 14 Fevral 12:0600

    Gözəl anlayıram vüsalə xanlmı İndidə elə atalar varda məsələn guya atadı e halbuki dünyadan xəbəri yoxdu ki uşaq nə yeyir nə içir , indidəki qəlbi qırılıbda anlayıram

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.