Şou-biznes

Samirdən Nuraya sərt cavab: "Həddini aşırsan"

12 Fevral 2018 16:02
11 Şərh     Baxış: 5 512

Müğənni Samir Cavadzadə Nura Surinin onunla bağlı dediyi "Qeybə çəkilib" sözlərinə sərt reaksiya verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Nura xəbərdarlıq edərək, onun haqqında danışmağa qadağa qoyub:

"Deyir, Samir heç anasına zəng etmir? Bu nə qədər düzgün ifadədir? Anam zəng edib deyir ki, bu niyə belə danışır? Dedim, keçmişdə öz əməllərinə görə başına o qədər zərbələr vurublar ki, beyin qapağında çatları çoxdur. Heç kəs haqda indiyənə qədər bir pis kəlmə işlətməmişəm. Qalmaqaldan uzaq olmuşam. Bir tərif edib, arxasıyca gülərək tamaşaçı gözündə antireklam etmək elə-belə deyil. Məqsədyönlüdür... Üzümə demisiniz ki, sən çıxsan biz batacayıq. Buna da gülüb yan keçmişəm. Mələk cildində çıxıb camaatı dolamayın.

İllər boyu "dost" deyib efirdə mənim antireklamımla məşğul olmusunuz. Məqsədiniz nədir? Nə vermisən, ala bilmirsən? Hər zaman susmuşam, bağışlamışam. Susduqca siz həddinizi aşırsınız. Danışanda ifadələrə fikir verin. Heç kəslə işim olmayıb, pisliyim dəyməyib. Özünüz oturun fikirləşin niyə mən sizdən aralı gəzirəm? Guya bunlar ərk edib danışırlar. Bu ərki gedin evdə dədəniz üçün edin. Qeybə çəkilmiş həyatınızı yaşayın".

Qeyd edək ki, Nura "ATV maqazin onlarla" verilişində Samirin ünvanına bu sözləri deyib:

"Yenə itib. Bu dəfə mən də onu axtarmayacam. İtməyinin səbəbi yoxdur. Səbəb yoxdur, olsaydı bilərdim və dillənməzdim. Bu insan öz anasına, bacısına da zəng etmir. Öz aləmində yaşayan insandır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

11 Şərh:

  • Anonim
    4444 · 12 Fevral 16:0480

    baxdim bu verilise/Nura heqiqeten ne dediyini bilmir))))

    Cavab yaz
  • Anonim
    Emmaa · 12 Fevral 16:18100

    Bir Ara ay Nura giriş misdin samire sora gördün yoxe sen giren kol deyil Samir bed xercdi hemde Tufeyl idi olan qalanln elden getmemis buraxdln başl nn)))....

    Cavab yaz
  • Anonim
    Dopu · 12 Fevral 16:5580

    Necə hiss etmişdime,birdəfə Maqazin verlişlərinin birində Nura özünü zorla Samirlə gündəmə gətirir.Samir onun yaninda belə durmaq istəmir qadin elə heyyy dediyini deyir:Evlənmişik və.s deyib gülür.........Görürsən ki yanindaki səni öz yaninda görməyə narahatdir,sadece üzünə vurmur.Atam balasi uzaqlaşş da))))))

    Cavab yaz
    • Anonim
      Çayxor · 12 Fevral 17:4930

      Dopuya sizinle tam razıyam. Layk menden

      Cavab yaz
  • Anonim
    ela · 12 Fevral 17:2930

    cooox qeüehg deyib e Samir bu erki gedin evinide dedeni ucun edin bir de Nuranin başindakı catlar meselesi super

    Cavab yaz
  • Anonim
    Dopu_Cayxora · 12 Fevral 18:3120

    Bir like da məndən sizə)))

    Cavab yaz
  • Anonim
    Ulka · 12 Fevral 19:1720

    Vaxt vardi podruqaydiz :)))ne olduuuu

    Cavab yaz
  • Anonim
    nn · 12 Fevral 19:4240

    Nura elə danışır ki, güya super bir müğənnidir. Etikası olmayan bir "xanım"dır.

    Cavab yaz
  • Anonim
    Eda · 12 Fevral 19:5630

    Nuranin getgede basi qacir

    Cavab yaz
    • Anonim
      Ellada Elizade · 12 Fevral 21:1321

      Qeybe çekilib çekilmeyib sene ne ay nura besdide

      Cavab yaz
  • Anonim
    Firuze .N · 13 Fevral 00:3010

    Dopu bir like de mende n size tam.doqru.taninmaq isteyirsen ozun biraz çaba sarf et yeni mahni kilip

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.