Şou-biznes

Nura: "Elnarənin obrazı yoxdur"

12 Fevral 2018 20:12
7 Şərh     Baxış: 2 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nura Suri "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mahnıları sıralayan Nura sənətçilərlə bağlı sirlərini də açıqlayıb.

Sənətçi Zamiq Hüseynovu onuncu yerə layiq görüb, onun yeni mahnısını bəyənməyib. Müğənni Elnarə Xəlilovaya isə irad bildirib:

"Səhnəyə çox yaxşı gəlmişdi. Deməsin çoxuşaqlı anayam. Mən də çoxuşaqlı anayam və üç övladım var. Onları tək böyüdürəm. Elnarənin obrazı yoxdur, onu sevə bilmirəm. Heç bir obrazı yoxdur. Səsi gözəldir deyə oxuyur. Üzərində işləmir, heç nə etmir. Onda özünə yaraşmayanı görürəm. Özünə deməyə də ixtiyarım yoxdur. Onu başqa cür görmək istəyirəm".

N.Suri Sevda Yahyayevanı təkrarçılıqda günahlandırıb:

"Sevdanın belə yaddaqalan mahnısı olmayıb. Bəsdi artıq, hər zamankı Sevdasan. Bir şey et, dəyişiklik et. Get rok oxu. Bəsdir, bu utancaq qız obrazından çıx".

Nura Samir Cavadzadə ilə danışmadıqlarını etiraf edi:

"Yenə itib. Bu dəfə mən də onu axtarmayacam. İtməyinin səbəbi yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.