Şou-biznes

​ “Onun özü mənə hədiyyədir” - Günay sevdiyi insandan danışdı - VİDEO - FOTO

12 Fevral 2018 13:13
8 Şərh     Baxış: 4 097

"ARB Ulduz" "Şou Məkan" verlişinin bu dəfəki qonağı müğənni Günay İbrahimlidir.

Günay, ilk olaraq, doğum gününü necə keçirdiyindən danışıb:

"Əslində, doğum günü etmək fikrim yox idi. Məclis uzandı, üç gün, üç gecə doğum günü etdik. Artıq 27 yaşım tamam oldu. Yaş ötüb keçir.

27 yaşa qədər çox mərhələlərdən keçdim, çox dostlar tanıdım, çox insanlar gördüm. Şükürlər olsun ki, ən yaxşı insanlar ətrafımdadır. Artıq pislə yaxşını ayırmışam. Həqiqətən, məni çox istəyən adamlar ətrafımdadır".

Milli.Az xəbər verir ki, ifaçı hədiyyələri haqqqında niyə danışmaq istəmədiyinə aydınlıq gətirib:

"Hədiyyələr özəldir. Hədiyyələri özüm seçmişəm. Onun özü mənə hədiyyədir.

Doğum günündə sevgilisi tərəfindən bahalı hədiyyəsini alan müğənni "Əllərim darıxmasın" adlı mahnısını isə bütün sevgililərə hədiyyə edib:

""Əllərim darıxmasın" mahnısı sırf sevgi haqqındadır. Mənim mahnılarımın çoxu ayrılıqdan, sevib qovuşa bilməyənlərdən, depressiyaya düşənlərdən bəhs edir. Ancaq bu mahnı sırf gəlinlə bəy üçün, sevib-sevilənlər üçündür. Elə qarşıdan da "Sevgililər günü" gəlir. Mən bu mahnını bütün sevib-sevilənlərə həsr edirəm. Kimin ki, sevgilisi yoxdur, onlara da sevgi arzu edirəm.

"Əllərim darıxmasın" mahnısının musiqisi Pərviz Mahmudov, sözləri Cəlal Qurbanov, aranjmanı isə Rəşad Bağırova aiddir. Mahnıya klip də çəkildi. Ekran işinin rejissoru isə Hüseyn Qəribovdur". 

İfaçı klipi haqqında da danışıb: 

"Klip uzandı. Biz qarın yağmasını gözləyirdik. Mən istəyirdim ki, klip Bakıda çəkilsin. Bakıya da ki qar yağmadı. Ona görə də Qusara yollandıq. Çəkilişlər həm Bakıda, Botanika bağında, həm də Qusarda baş tutdu. Bütün günü hava durumuna baxırdıq ki, nə zaman qar yağacaq. 

Hava soyuq deyildi. Qar yağsa da, hava sakit idi. Günün çıxması və batması maraqlı kadrlarla nəticələndi". 

Uzun müddətdir adı heç bir qalmaqalda hallanmayan Günay şou-biznesdəki dava-dalaşları uzaqdan izlədiyini etiraf edib:

"Sosial şəbəkələrə daxil olan kimi müəyyən adamların səhifəsinə baxıram. Hamı bir-birini qırır. Nolub, hara gedirsiz? Ona görə düşünürəm ki, mehriban olmaq lazımdır. Mənim də həyatımda qalmaqallar olub. Bu yaxınlarda da söz atanlar olub. İnanın ki, "it hürər, karvan keçər" deyirəm. Heç vecimə də deyil. Mən başımı aşağı salıb, işimlə məşğulam". 

Son olaraq ifaçı sevdiyi insanın onun həyatında nələri dəyişdiyindən söz açıb:

"Mənim xasiyyətimi tamam dəyişib. Təbii ki yaxşılığa doğru. Bir söz eşidən kimi həmin sözə doğru gedən biriydim. İndi artıq belə deyil. Əsəbsiz, sakit, problemsizəm. Qabaq kiminləsə oturub bir stəkan çay içirdim, dərdimi danışırdım, səhər görürdüm ki, səsim-sorağım o tərəfdən, bu tərəfdən gəlir. İndi dostluqlar azalıb. İnsanlarla münasibət qura bilmirsən. Anlamırsan ki, sənə nə məqsədlə yanaşırlar, səndən nə mənfəət güdürlər? Şükürlər olsun ki, təmənnasız dostlarım yanımdadır".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

​ "Onun özü mənə hədiyyədir" - Günay sevdiyi insandan danışdı

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Emmaa · 12 Fevral 13:1862

    Sen onsuzda tirpas qlzlydlnda amma Günay senin bir dexlisiz hereketin var boyuk danlsanda sözünü kesib özünü ortallgaa atmagln birde özünü qabaqdan gelmiş hedden ziyade ağll saymagln her kesden Cox ağll menem yani buda senin en pis derin quyun))

    Cavab yaz
  • Anonim
    Gulu · 12 Fevral 13:4128

    Ay Gunay senin ne sesin var nede gozelliyin o gullerin senin neyine gonderirler niye Elnare xanima Almaz xanima o qeder gul gelmir unutma elin gozu terezidi sen atilib duse bilersen amma oxumaq senlik deyil bu menim fikrimdi

    Cavab yaz
  • Anonim
    nino · 12 Fevral 13:4733

    Gunayin mahnıları sevilir,ad günündə mübarək

    Cavab yaz
    • Anonim
      Dilek · 12 Fevral 15:1522

      Sesi qesengdir..yoldasim bunu nece pisliyir deyirdiki avatara oxsiyir sonra facde girdumki en cox,like veren ve terif yagdiran yoldasimmis....veeee heyat tezadlarla doludu...yeqin meni daha cirkin gorur☺

      Cavab yaz
  • Anonim
    asi · 12 Fevral 14:1304

    Həə lap göydən düşmə hədiyyədir, dayı...

    Cavab yaz
  • Anonim
    n&v · 12 Fevral 15:1523

    coxx beyenirem geyim terzini ve mahnilarini

    Cavab yaz
  • Anonim
    Nigar · 12 Fevral 19:1542

    Bu qizi görende nedense medem qicqirir.ne gözelliyi yox nede sesi.

    Cavab yaz
  • Anonim
    gulya · 12 Fevral 20:1540

    seni saxlayan saxlayir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.