Şou-biznes

Günay eks-ərini məhkəməyə verdi - 12 min ödəməlidir…

12 Fevral 2018 12:55
1 Şərh     Baxış: 1 498

Model Günay Musayeva eks-əri Tolqa Kareli məhməyə verib.

Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, o, oğlu Cahangirə 500 TL dəyərində aliment verməyən aktyor barəsində İstanbul 25-ci İcra Komitəsinə müraciət edib. 

32 yaşlı model 20 ay ərzində eks-ərinin aliment vermədiyini, ümumi borc miqdarının 12 min 698 türk lirəsi olduğunu bildirib. 

Musayeva mövzu ilə bağlı açıqlama yayıb: "Keçmiş həyat yoldaşımın ikinci amerikalı həyat yoldaşı Sarah Margaret Scota 20 min dollarlıq brilliant üzük alıb və toya 90 min xərcləyib. Mənim övladımın isə doğuşdan xəstəliyi var, danışmaqda çətinlik çəkir. Qarşı tərəf bu qədər lüks bir şəraitdə yaşayarkən oğluna 500 TL dəyərində aliment ödəmir. Əgər o, aliment ödəməsə Türkiyədəki hesabları və mal varlığı müsadirə olunacaq". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Oxucu · 12 Fevral 13:0920

    Heçnə də olmayacaq ona, yenə öz kefində yaşayacaq, məsuliyyətsiz, bivec insan kimi. Olan sənə oldu ay Günay. heyif!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.