Şou-biznes

Mətanət Əsədova şərt qoydu: "Məni sevən insan bilməlidir ki..."

14 Fevral 2018 21:18
47 Şərh     Baxış: 6 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Mətanət Əsədova ailə həyatı qurmaq istəyindən danışıb.

Milli.Az-a açıqlama verən məşhur hələ də seçim etmədiyini bildirib.

"Mənə elçi gələn fikirləşməlidir ki, 100 faizlik bir xanımam. Heç olmasa məni sevən insan 50 faiz olmalıdır. Bəzən valideynləri ilə elçiliyə gəlirlər. Mən axı uşaq deyiləm. Sevgini çox ucuzlaşdırıblar. Sevgi Allaha gedən yoldur, hər insan bunu daşıya bilməz. Bir dəfə palçığa batmışam, ikinci dəfə batmaq istəmirəm. Qarşımdakı insan bilməlidir ki, mənim atam, anam yoxdur. O mənə hər mənada dəstək olmalıdır. Mənim seçilən vaxtım deyil, indi mən seçirəm", - deyə müğənni bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.