Şou-biznes

Telli Borçalı ona gələn evlilik təkliflərindən danışıb

12 Fevral 2018 21:15
34 Şərh     Baxış: 5 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Telli Borçalı ona gələn evlilik təkliflərindən danışıb.

Milli.Az-a açıqlama verən qadın aşıq hələ ailə həyatı haqqında düşünmədiyini bildirib:

"Kim sənətimi qəbul etsə, onunla ailə həyatı quracağam. Amma hələ ki, belə bir təklif gəlməyib. Mənə rast gələnlərin çoxu imkanlı adamlar olub. O qədər evlilik təklifləri gəlir ki. Deyirəm ki, əvvəl sazımı sevməlisən, sonra məni. Bəzən məndən soruşurlar ki, sənət yoldaşınızla ailə həyatı qurarsınızmı? Əlbəttə ki, yox. Bir evdə bir sənətkar olar da. İki aşıq olsa, görəsən, nə olar? Tək özüm evdə saz çalıb oxuyanda görürəm ki, 3-cü mərtəbədən qapını döyürlər. Deyirlər ki, uşaq yatıb. Deyirəm ki, 4-cü mərtəbə mənimdir, istəsəm, sökərəm, istəsəm, tikərəm (gülür)" .

Əli Rəhimoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.