Şou-biznes

Sənəti Zərnigarı... gənc Alim Qasımov, Pərvinin lüks həyatı, Sevdanın boğazı - HƏFTƏBECƏR

12 Fevral 2018 07:14
22 Şərh     Baxış: 6 742

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (158-ci say) təqdim edir.

Sadəlik insanın ya qanında olmalıdır, ya da qanında olmalıdır. Təvazökar olmaq, sadəlik, zadəganlıq nə pulla satılmır, nə də kreditə vermirlər ki, bəzi sənətçilər 10-15 minə getdikləri məclislərdən, sponsorlardan qopardığı pullarla onları alsınlar. Muğam dinləyiciləri, yəqin ki, Mirələm Mirələmovu tanıyırlar. Çəkinmədən gənc Alim Qasımov deyə biləcəyim səsdir. Kim inanmasa, dinləyib mənə iradını bildirə bilər. Bu günlərdə özünə toy çaldıran gənc sənətkar bunu hər kəsdən gizlin edib. Mətbuat da bir neçə gün sonra xəbər tutub. Açıqlama alıblar, deyib ki, şəxsi həyatıyla gündəmə gəlmək istəmir:

"Toyum Bakı kəndlərindən birində oldu. Məclis günorta saatlarından gecə saatlarına kimi davam etdi. Sırf kişi məclisi idi, qadınlar yox idi. İstəmədim ki, toyum gündəm olsun, ona görə də mediaya qapalı etdim. Ailə həyatımı reklam etməyi xoşlamıram. Çox dost-tanış dedi ki, bəlkə gəlib çəkək, efirdə göstərək? Dedim ki, yox. Əsas xoşbəxtlikdir, onu da hamıya arzu edirəm".

Bu səsə, bu sanbala üç gündən bir "ərə gedəjəm", "villa tikdirirəm", "yeni tikilən binadan 200 kvadratmetrlik ev götürmüşəm", "kostyumum beş min manatdır" deyənlərin yüzü də qurban olsa, azdır. Konkret ad çəkməməyimin səbəbi odur ki, beşinin adını yazsam, şou aləminin yerdə qalan hissəsi özlərini bu meyardan kənar sayacaqlar.

Nüşabə Ələsgərli həyat yoldaşıyla fotosunu paylaşıb və onu tənqid edənlərə xitabən buyurub ki, yazıqlar, biz on iki ildir evliyik. Ümumiyyətlə, son zamanlar dəb halını alıb. Şou adamları, sanki, ərlərini, arvadlarını cəmiyyətə təqdim etməklə nəyisə sübut etməyə çalışırlar. Amma nəyi?

Sənət adamlarının sənətləri qədər geyimləri, şəxsi həyatları da tamaşaçı üçün maraqlıdır. Elə çox güman ki, aparıcı Zaur Kamal da bu marağı nəzərə alıb aktrisa-model Pərvin Abıyevaya belə bir sual ünvanlayıb:

"Pərvin, gəlirin haradandır ki, belə lüks həyat yaşayırsan?" sualına maraqlı reaksiyası ilə diqqət çəkib.

Pərvinin cavabı isə belə olub:

"Bu, kimə maraqlıdır ki?! Mən kimdənsə soruşuram neçəyə geyinirsən, haradan geyinirsən, necə yaşayırsan? O da mənim öz işimdir".

Axı böyük sənətkara, illərin aktrisasına belə sual verərlərmi? Adam Hollivudda əlliyə yaxın filmə çəkilib, üç türk serialından birində Pərvin baş roldadır, yerli filmlərimizin də, demək olar ki, hamısında var. Bəs bu lüks həyat Pərvində olmasın, bəs kimdə olsun? İkibaşlı suala görə aparıcını qınayıram. Həm də şiddətlə.

İlin-günün bu vaxtında iki məşhur gitara ifaçısı RəmişRəhman Məmmədli bir-birini təhqir etməyə başlayıblar. Birinin yaşı səksəni, o birinin yaşı isə altmışı haqlayıb e. Sonra da Telli Borçalını qınayırıq. Hələ mən Tunayla Pərvindən danışmıram.

Murad Dadaşov növbəti "Maşın" realiti qırışmasının vaxtını açıqlayıb. Mənə elə gəlir ki, bu şounun sayəsində Azərbaycanda az-çox hörmət sahibi olan sənət adamı qalmayacaq. Demirəm ki, şounu dayandırsınlar. Amma fikrimcə, "Maşın"ı "Fayton" edib atlar arasında, yaxud başqa canlılar arasında keçirməyin vaxtı çatıb. Tamaşaçıları da məhz sənətçilər olar. Necə təklifdi?

Rəqqasə Sevda Sanaliyeva rəhmətlik anasından danışıb. Deyib ki, bütün orqanlarını anasına vermək istəyirmiş. Ümumiyyətlə, insan belə addım atanda gərək dərindən düşünsün. Axı adam hər orqanını hətta anası olsa belə, kiməsə verməz. Tutaq ki, boğazını verdi anasına. Bəs sonra? Nə bilim vallah, şou adamlarından baş açmaq olur ki.

Bu həftə Azərbaycanın əfsanəvi aktrisalarından biri Zərnigar Ağakişiyeva vəfat etdi. Daha doğrusu, acı da olsa demək lazımdır ki, evində ölü vəziyyətdə tapıldı. Və Qubada - anasının yanında dəfn edildi. Heç doğru-dürüst vida mərasimi də keçirilmədi. Niyə? Nə səbəbə? Bu barədə dəqiq nəsə demək səlahiyyətim və rəsmi bilgim yoxdur. Ancaq məlum olan bir şey var ki, indi sənətkar olmaq, sanki, qəbahətə çevrilib. Həyatını sənətə qurban vermiş, övladı belə olmayan bir sənətkara Fəxri Xiyabanda bir metr yer tapılmadımı, görəsən? Axı mən bilən Fəxri Xiyabandan dəfn olunmaq üçün nə icradan, nə bələdiyyədən kağız, "kupça" lazım deyil. Bəlkə də belədir... Amma bəlkə...

Milli.Az

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    emil · 12 Fevral 07:4670

    sabahiniz xeyr serhci ehli...Intiqam bey masin sou haqqda dedikleriniz duzdur.beyendim.Allah rehmet etsin Zernigar x.dogrudanda fexri xiy.niye basdirilmadi?yeqin adami olmayibki teleb etsin kupca alsin.eeeeh dunya

    Cavab yaz
    • Anonim
      Şamaxı · 12 Fevral 10:2233

      Mirələmin anası o qədər yaxşı, təmiz, sadə, bir anadır, özüdə dəyərli oxumağı ilə bərabər tərbiyəlidir. Sağ olsun yazar maraqlı yazıdı. Ümumiyyətlə düzgün iradları, tənqidləri oxumağa dəyir. Hamısı haqqında, maşın şou haqqında tam düz yazılıb.

      Cavab yaz
  • Anonim
    Roya · 12 Fevral 07:5030

    Sag olun Intiqam bey.maraqli yazidi.Nusabe xanim pulu kim verir,ikinci heyat yoldasi sozlerinden ozunu sgortalayir.Pervin de deyir men neyimle maraqlanmaga icaze veriremse tamasaci onunla maraqlansin. Ancaq tamasaci bilmediyi seylerle maraqlanir. Zernigar xanima allah rehmet elesin.Mesele oldukden sonra harda defn olunmagi deyil mesele oldukden sonra harda yasamagidi.Eminem o da onu seven coxsayli tamasacilarinin qelbinde bir de Azerbaycan kino seneti tarixinde yasayacaq.

    Cavab yaz
  • Anonim
    Yeraz · 12 Fevral 07:5012

    Haaa tocni Miralam Manafa , Konyla , Manzuradi nadi ona oxsadiyaaaa . Olarin da toyun heeeeeeec kim bilmadi .. Boyuklardan numuna goturdudaaaaaaaa . Naylari var ortada . Vayyy vayyyy

    Cavab yaz
  • Anonim
    Gulu · 12 Fevral 07:5231

    Sag ol Valehoglu Intiqam gozel yazmisan Allah Zernigar xanima rehmet elesin vaxt var idi biz Zernigar xanima elcatmaz insan kimi baxirdiq nedense bu aktyor ve aktrisalarin sonu hec yaxsi olmur bir de Mirelem haqqinda gozel yazmisan dogurdanda Mirelem esl senetkardi

    Cavab yaz
  • Anonim
    Sevdaya · 12 Fevral 07:5410

    Yoxx har yerini vera bilmazdin axi . Cooox yalan oldu

    Cavab yaz
  • Anonim
    melek b · 12 Fevral 07:5631

    Zernigar xanim haqqinda yaziya uzuldum |(((

    Cavab yaz
  • Anonim
    Yeraz · 12 Fevral 07:5822

    hala bazilari toy eladi eladiyeeee toydan sonra neynadi hara getdi bala getdi vareniya girdi olari da dediyeee . Hahaha .

    Cavab yaz
  • Anonim
    Sevgi · 12 Fevral 08:3030

    Hamsini duz yazmisiniz size tewekkur Intiqam bey qeleminize sagliq, zehninize aferin.Amma Zernigar xanimin fexri xiyabanda defn olunmamasi menide cox duwundurdu ozude tek yawayan qadin hec kesi olmayan

    Cavab yaz
  • Anonim
    Yeraz · 12 Fevral 08:3502

    sarhi verda. Duz deyiramda indi muqannilar toydan sonra bala girdik vareniya dusduk Axirida 2ila śora girirlar .,Toydan sonra hara gedib usaqlariniz millata na var ay gormamisdar

    Cavab yaz
  • Anonim
    ESİ:) · 12 Fevral 08:4922

    İntiqam bey,dad,duz her şey yerli yerinde..Fikir verirem axır vaxtlar performansınız da öz yerindedi..MaşaAllah deyim çünki yaz gelir artıq,bildiyiniz kimi yazda qanın qaynayan vaxtıdır..Özünüzü qoruyun,hem fiziki,hem menevi balansı pozmayın:)..P.S.Genc muğam ifaçılarımız korifeylerimizden geri qalmır..Mirelem kimi,Sebine Erebli kimi..Zernigar xanıma çox üzüldüm ve bu mövzuda deyilecek çox söz var..Desem vermezler şerhi..Remiş müellimin senetine senet çatmaz,axır vaxtlar senetini gözardı edecek mövzuların üstünde çox dayanır..Mence o da ancaq seneti ile danışsın,özü danışanda deyeri azalır..Qalanları onsuzda bütün gün özlerini tanıdır..

    Cavab yaz
  • Anonim
    Sevgi · 12 Fevral 09:1901

    Werhimi niye vermirsiz bezileri kimi agzima geleni yazmiramki?

    Cavab yaz
  • Anonim
    Sevgi · 12 Fevral 09:2801

    Werhimi veranda niye vermirsiz

    Cavab yaz
    • Anonim
      7 aylıqsaan? · 12 Fevral 10:2260

      Az, bir səbrin olsun

      Cavab yaz
  • Anonim
    seva · 12 Fevral 09:5100

    Inanin zerniyar xanimin fexri xiyabanda basdirimadigina gore men agladim

    Cavab yaz
  • Anonim
    asi · 12 Fevral 11:5340

    Salam..Zərnigar xanım bu cür həyatdan köçməsi onu göstərir ki, sənət filan hamısı boş şey olmasa da, bizim mədəniyyət üçün boş şeylərdir..Ən əsası Ailədir..Azərbaycan səhnəsində sözün əsl mənasında can qoymuş, sənət göstərmiş rəhmətlik sənətkarlara, xüsusən teatr kino nümayəndələrinə baxsaq çoxu Zərnigar xanımın aqibətini yaşayıb, müxtəlif formalarda..Xanım xanım, Nuriyyə xanım və.s..Insanın birinci xoşbəxt ailəsi olsun, sonra sənəti, bizim mədəniyyətdə..Görəsən sənətkarların sonu belə olandan sonra Pərvin kimilərin sonu necə olacaq?? Çox maraqlıdır mənə)...Maraqlı idi, sağ olun..

    Cavab yaz
    • Anonim
      Ebru Y... R · 12 Fevral 13:2820

      Bir de qaldı Sevda bes onun aqibeti,yeqin onun ki da dehşetli olacaq,,,yaşıyarıq görerik.indi biraz abır heyaya gelib guya???

      Cavab yaz
      • Anonim
        asi · 12 Fevral 13:5613

        Slam Ebru.O gündə bir uşaq dünyaya gətirib özünü qarantiyə alır))..

        Cavab yaz
        • Anonim
          Ebru Y... R · 12 Fevral 14:1400

          Elyki salam Asi xoş gördük. Bundan sonra neçe evlad dünyaya getirse.günahdı vallah o uşaqlara yazıqdır, ne etsede keçmiş ele keçmişdir.gereg unutmasın.onsuzda bu zamane onlar kimi artisllerindir.Allahdan gözel senetkarlarımıza senete deyer veren ve bu dünyada çox tessüf xoş gün yaşamayan vaxtsız geden senetkarlarımıza rehmet elesin Amin.

          Cavab yaz
  • Anonim
    Şerqiyye · 12 Fevral 15:1210

    Teşekkürler,maraqlı yazı üçün. Şou ehlinin 90%-nin babat sponsoru var,ona göre göynen gedirler.Allah Zernigar xanıma rehmet elesin

    Cavab yaz
  • Anonim
    Dilek · 12 Fevral 15:2411

    Intiqam qardasimmmmm bu seherde hersey daxilde idin nece tam men deyen insansan qorxmadan yaltaqlanmadan nece deyerler pramoooy

    Cavab yaz
  • Anonim
    1988Jale · 12 Fevral 19:1300

    Salamlar her kese.Her zaman olduqu kimi ela yazmisiniz.Qeleminize quvvet.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.