Şou-biznes

Nəzrin: "Sovet dövründə böyümüşəm, belimdə xətkeş qırılırdı" - FOTO

19 Yanvar 2018 11:55
10 Şərh     Baxış: 4 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə "Women's Fitness" jurnalının yeni sayı üçün obyektiv qarşısına keçib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nəzrin özüylə bağlı sualları cavablandırıb:

- Fanatlarınıza görə, cəsarətli, seksual və özünüzdən razısınız. Bu, belədir? 
- Bu imici çox sevirəm. Çünki bu, üzərimə geyindiyim "pencəkdir". Amma əsl Nəzrin də bu deyil. Çünki bu imicdən, sadəcə, xoşum gəlir. Bu imic sayəsində həm özümə güc verirəm, qorxularımın üzərinə gedirəm, həm də qadınlara təsir etdiyimi düşünürəm.

- Seksual görünməkdən narahat olduğunuz zamanlar olub? 
- Heç vaxt. Qadın kimi o qədər sıxışdırılmışıq, hara baxırsan, senzuradır. Feminist olmaq çox gözəl bir şeydir. Qadınlar qadınlıqlarına sahib çıxmalıdırlar, bundan qorxmamalıdırlar. 

- Sizi digər aktrisalardan fərqləndirən nədir? 
- Mən öz nəslimin ən gözəl qadınlarından biriyəm. Bu da işgüzar olmağımla bağlıdır. Mən Sovet İttifaqında doğulmuşam və böyümüşəm. Balet müəllimim belimdə xətkeş sındırırdı. Çox intizamlı uşaqlığım olub. Bu cür təhsil sisteminə öyrəşdiyim üçün özümə və iradəmə nəzarət edə bilirəm. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.