Şou-biznes

Vasif Məhərrəmlidən qızına sərt qadağa: ""WhatsApp"dan istifadə edə bilməz"

17 Yanvar 2018 12:15
71 Şərh     Baxış: 8 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Vasif Məhərrəmli qızı Əfşana qoyduğu sərt qadağalardan danışıb.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən müğənni qızını dünyalar qədər sevdiyini, amma bununla belə, evdə sərt qanunlarının hökm sürdüyünü dilə gətirib:

"Qızım Əfşanı dünyalar qədər sevirəm. O, mənim gözümün nurudur. Bununla belə ona çox böyük qadağalar qoymuşam. Birmənalı şəkildə Əfşan "votsap"dan istifadə edə bilməz, buna əsla icazə vermərəm. Rəfiqələri ilə "votsap"da yazışsın, gedib rəfiqələrinin evində qalsın, ya rəfiqələri gəlib bizdə qalsın - belə şeylər olmayıb, olmayacaq da. Qızımın İnstagram səhifəsində 3-5 nəfər - qohum-əqrəba, tanışlar ola bilər, vəssalam. O, özü də bilir ki, atanın dedikləri qanundur və bu qanunlar müzakirə olunmur".

V. Məhərrəmli ailə qurarkən qızının seçiminə müdaxilə edəcəyini də deyib:

"Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya. Təbii ki, qızımın ailə qurduğu oğlanın kimliyi ilə maraqlanmalıyam və bilməliyəm ki, o, kimə ərə gedir".

Qeyd edək ki, müğənni bir qız və bir oğul atasıdır. Əfşanın 15 yaşı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.