Şou-biznes

"O Səs"də Türkiyəni heyran qoyan Ozan Əhmədov DANIŞDI: "Qazaxlıları ağlatmaq..." - VİDEO

16 Yanvar 2018 22:20
21 Şərh     Baxış: 5 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz qazaxlıları ağlatmaq ümumiyyətlə, kimsənin başı üçün deyil".

Milli.Az xəbər verir ki, bu sözləri "O Səs Türkiyə"nin dünənki buraxılışında göz yaşlarına hakim ola bilməyən Ozan Əhmədov deyib:

"Ötən günlər yada düşdü. İlk sevgi bilirsiniz ki, unudulmur. Uzun illərdir ki, görüşmürük. Lakin bilirəm ki, verilişi izləyibsə, məni tanıyacaq. Toyu olmalıdır, ona xoşbəxtlik arzu edirəm. Qəlbimdəki sevgi mənə bəs edir".

O.Əhmədov onun bu hərəkətini şou adlandıranlara da cavab verib:

"Sosial şəbəkələrdə boş-boş yazan insanlara yazığım gəlir. Onlara demək istəyirəm ki, müsabiqəyə ikinci dəfə Acun bəyin dəvəti ilə qatılmışam. Odur ki, bu cür gedişlərə ehtiyacım yoxdur, sadəcə özümü saxlaya bilmədim".

Xatırladaq ki, Hadisənin komandasında olan azərbaycanlı gənc ifasını bitirdikdən sonra göz yaşlarına hakim ola bilməyib. Hadisə ondan səbəbini soruşduqda uşaqlıqdan sevdiyin qızın bu yaxınlarda toyu olacağını deyib. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.