Şou-biznes

Xatirə: “Sənin qeyrətini çəkən lazımdır…”

13 Yanvar 2018 12:44
20 Şərh     Baxış: 7 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatirə İslam yenə tənqidlərə məruz qalıb.

Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, sənətçinin bir neçə gün bundan əvvəl "Bizimləsən" verilişində verdiyi açıqlaması sosial şəbəkələrdə müzakirə olunub.

Xatirənin proqramda  "Qardaşım cəbhə bölgəsində əsgərlikdədir. İmkan vermədi ki, kiməsə zəng vurub, yerini dəyişim, tapşırım" - deməsi birmənalı qarşılanmayıb. 

Müğənni instaqram səhifələrində tənqid və təhqirlərə məruz qalıb. Xatirə sözügedən açıqlamadan sonra bir neçə gün bundan əvvəl müzakirələrə səbəb olan qırmızı paltarda fotosunu paylaşıb. 

Həmin fotoya 200-dən artıq şərh yazılıb və ifaçı yenə tənqidlərlə üzləşib. Xatirə bir neçə rəyi silsə də, əsəbilərini cilovlaya bilməyib.  O, sosial şəbəkə istifadəçinin təhqirinə susmayıb və "Ay üzdən iraq, sənin qeyrətini çəkən lazımdır. Ağıllı ol" şərhini yazıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.