Şou-biznes

Teleaparıcı Mikayıldan xanımına sərt qadağa: "Evlənəndə şərt kəsdim ki..."

12 Yanvar 2018 19:12
6 Şərh     Baxış: 8 845

Aparıcı Mikayıl Güləddinoğlu müsahibə verib.

Milli.Az yenicag.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Adətən, tədbirlərə tək qatılırsınız, xanımınızı görə bilmirik. Yəqin icazə vermirsiniz?
- Xanımım həm bu sahəyə aid deyil, həm də tədbirlərə qatılmaq onun özünə də maraqlı deyil. Hətta bəzən ona deyirəm ki, gəl, bir yerdə gedək, etiraz edir.

- Sizə "sərt həyat yoldaşı" demək olarmı?
- Adətən, mənə "köhnə kişi" deyirlər. Hər halda, mən bununla fəxr edirəm.

- Evdə son sözü siz deyirsiniz?
- İlk sözü də mən deyirəm, son sözü də. Evdə kişinin sözü keçməlidir.

- Yəni xanımınız "saqqızınızı" heç cür oğurlaya bilmir?
- Əvvəldən "saqqızım" olmayıb ki, oğurlansın. Mən "saqqızsızam".

- Evdə sərt qadağalarınız varmı?
- Qadağa yox, sərt tələblərim var. Elə bu tələblər də xanımım tərəfindən yerinə yetirildiyinə görə doqquz ildir ki, şad-firavan ömür sürürük.

- Ən sərt tələbiniz nədir?
- Evlənəndə şərt kəsmişəm ki, anama və atama yaxşı baxmalısan. Şükür Allaha, ailəmizdə bu hörmət-izzət qorunub saxlanılır. Xanımım həm də qohumdur - atamın xalası nəvəsidir. Biz bir-birimizi də əvvəldən tanımışıq deyə ailə daxilində çətinliklərimiz olmadı.

- Heç xanımınızın geyiminə müdaxilə edirsinizmi?
- Əlbəttə. Düzdür, indiyə qədər xanımım əndazəni aşan geyimdə olmayıb. Amma iradlarım ola bilər.

- Ən dözülməz xüsusiyyətiniz hansıdır?
- Xəstələnməyim. Xəstələnəndə uşaqdan betər oluram. Adətən, mövsüm dəyişəndə immunitet zəifləyir və adam tez zökəm olur. Evdə deyirlər ki, kim xəstələnir xəstələnsin, təki Mikayıl xəstələnməsin. Səhərdən axşama qədər zarıyıram. Həmin dəqiqə qarşıma böyürtkən, zoğal, moruq mürəbbələri düzülür, üstümdə əsirlər.

- Nədə daha çox kaprizlisiniz - yeməkdə, geyimdə, yoxsa...
- Yox, qarşıma nə qoyublar yemişəm, geyimdə də kaprizlərim olmayıb. Evdə heç vaxt uşaqların üstünə qışqırmamışam, kimsə qışqıranda hövsələm çatmır, sərt reaksiya verirəm, hətta xanımıma da... Çünki uşağa ancaq 5-6 yaşından sonra nəsə izah etmək olar. Böyük qızımın 6 yaşı var, kiçik qızın 4. Oğlum da 11 aylıqdır.

- Qarderobda klassık tərzdə geyimləriniz çoxdur, yoxsa idman üslubunda?
- Kostyumlarım çoxdur. Təxminən 50 ədəd olar.

- Bəs aksessuarlar?
- Mənim saat kolleksiyam var. Çoxu brenddir, əksəriyyətini də dostlarım bağışlayıb.

- Satsanız, xeyli pul edər.
- Hesablamamışam (gülür).

- Sizə kobudluq edən insana ən sərt reaksiyanız necə olur?
- Yenə də "can" demişəm. Bunu məni tanıyanlar yaxşı bilir. Qədim yunan filosofu Diyojenə deyiblər ki, sənin haqqında pis danışırlar. Deyib ki, yəqin ona yaxşı danışmağı öyrətməyiblər.

- Kinli deyilsiniz ki?
- Qətiyyən. Burdan danışıram, 10 dəqiqədən sonra həmin adam gəlib mənimlə şirin danışır, onunla barışıram. Bəlkə də universitetdə oxuduğum vaxtlarda kiminləsə əlbəyaxa davam olub, amma yaşa dolduqca dəyişmişəm.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Gulu · 12 Yanvar 19:53310

    Mikayil muellim siz efirde Azerbaycan dilinde mukemmel danisan ve en esas savadli yegane aparicisiniz amma efirde oynamaginiz hec gozel gorsenmir !

    Cavab yaz
  • Anonim
    Xan · 12 Yanvar 20:00122

    Bu danısıqdan sonra sızın haqqınızda mende o teessurat formalasdı kı,sız cox eqoıst,yalnız ozunuzu seven ınsansız!!!!

    Cavab yaz
  • Anonim
    Emmaa · 12 Yanvar 20:1758

    Cox ciddi beysiz Mikail bey.amma bir aparlcl kimi sizi Cox beyenirem.

    Cavab yaz
  • Anonim
    Anonim · 12 Yanvar 22:13417

    Sen ozun nesenki xaniminda ne ola

    Cavab yaz
  • Anonim
    Ayla · 12 Yanvar 22:4286

    Hec kim meni qinamasin,bu aparicidan xosum gemirdi bu musahibeden sonra lap gozumden dusdu..

    Cavab yaz
  • Anonim
    adam · 13 Yanvar 21:4300

    bu deyesen ev heyvani saxlayir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.