Şou-biznes

“Mətbəx” serialının aktyorlarından Bakıda əyləncəli ziyafət - VİDEO

11 Yanvar 2018 21:24
0 Şərh     Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın populyar "Mətbəx" ("Кухня") serialının aktyorları "Mətbəx səfərdə" ("Кухня на выезде") tamaşası ilə Bakıya gələcəklər.

Təşkilatçılar Trend-ə bildiriblər ki, tamaşanın premyerası aprelin 5-i və 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək. Yaradıcı kollektiv video-müraciətdə hamını "Mətbəx" serialının əsasında tamaşaya qoyulan şən komediyanın premyerasına dəvət edir.

Tamaşanın süjet xəttinə əsasən qəhrəmanlar olduqca qısa müddət ərzində şəhər kənarındakı evdə gözəl ziyafət təşkil etməlidirlər. "Biz hamımız nəsə istəyirik... yoxsa istəmirik. İşə getmək üçün səhər tezdən durmaq istəmirik, lakin maaşın artırılmasını istəyirik. Yaxşı maşında getmək istəyirik, ancaq tıxaclarda qalmağı istəmirik. İstəyirik ki, körpəmiz heç olmasa azacıq yatmağa imkan versin, lakin uşaqlarımızın belə tez böyüməsini istəmirik. Və biz hamımız o qədər çox və bir dəfəyə istəyirik ki, heç kəs ömründə heç olmasa bir dəfə lazımınca düşünmək istəmir: mən əslində nə istəyirəm...". Serialın qəhrəmanlarının nə istədiklərini tamaşaçılar serialda ayırd edəcəklər. Onlar personajlardan maskaların necə qoparılaraq əsl simalarının üzə çıxarıldığını, qəhrəmanların çətin vəziyyətlərin öhdəsindən necə gəldiyini göstərməlidirlər. Hansı maskalar, hansı simalar və məhz hansı vəziyyətlər? Bunu yalnız tamaşaçılar biləcəklər...

Tamaşanın müəllifləri Boris Komarov, Andrey Valtsdır, quruluşçu rejissoru isə İvan Minevtsevdir. Rolları Nikita Tarasov, Olqa Kuzmina, Mariya Qorban, Mixail Başkatov, Mixail Tarabukin və Valeriya Fyodoroviç ifa edirlər.

Biletlərin qiyməti 20 manatdan 150 manatadəkdir. Evdən və ya iş yerindən çıxmadan https://iticket.az/events/kuxnya-na-viyezde saytına daxil olaraq tamaşaya bilet əldə etmək mümkündür.

Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə zəng etmək kifayətdir.

Bilet sifarişi və əlavə məlumat üçün telefon nömrəsi: (050) 3549054.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.