Şou-biznes

İlqarənin dəyişməsinin səbəbi bilindi - VİDEO

18 Dekabr 2017 12:20
17 Şərh     Baxış: 11 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova üzə çıxdı. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin qızı bundan sonra yeni görünüşü ilə səhnədə olacağını deyib: 

"Bir ara çox kökəlmişdim, ancaq indi toparlanıram. İncəbel qız olmalıyam. Mən də, anam da həmişə pəhrizdəyik. Azərbaycan və italyan mətbəxi üçün ürəyim gedir. Amma hər ikisində də xəmir xörəkləri üstünlük təşkil edir. Hamısına qadağa qoymuşam özümə.

Xalq artistinin qızı Azərbaycanın estrada müğənnilərini dinləmədiyini deyib:
"Zövqümü korlamaq istəmirəm deyə çox mahnılara qulaq asmıram. Estrada müğənnilərimizin mahnılarını dinləmirəm. Dünya musiqisini, xalq mahnılarımızı, muğamı dinləyirəm. Azərbaycan pop musiqisi deyəndə ağlıma Aygün Kazımova və onun "Sus" mahnısı gəlir". 

İlqarə "Sənsizəm" adlı yeni mahnısını da təqdim edib:
"Axır ki, mən də mahnımı tapdım. Mahnını Muxtar yazıb. Ürəklə oxumuşam. Hiss edəcəklər ki, İlqarənin daxili dünyası necə dəyişib. Artıq 27 yaşım var, böyümüşəm". 

İlqarə səsinin anasının səsinə oxşamasına da münasibət bildirib: 
"Səslərimiz anamın illər öncə səhnəyə ilk addımlarını atdığı vaxtlardakı səsinə oxşayır. Çox adam istəyir, anam kimi oxusun, amma alınmır. Təkcə qızında alınır. İçərimdə musiqini dəlicəsinə sevən başqa İlqarə var". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İlqarənin dəyişməsinin səbəbi bilindi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.