Şou-biznes

"Evlənəndə onunla şərt kəsmişəm ki…" - Müğənni Sevdanın əri - FOTO

16 Dekabr 2017 16:10
50 Şərh     Baxış: 21 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədbirlərin birinə həyat yoldaşı ilə qatılan müğənni Sevda Sanəliyeva fotokameramıza tuş gəlib.

Milli.Az bildirir ki, müğənninin hamıdan gizlətdiyi həyat yoldaşı Cəmil yenicag.az-a açıqlama verərək, Sevdaya qoyduğu qadağalardan danışıb:

"Sevda mənim xasiyyətimi bildiyi üçün onunla mübahisə etmirik. Evləndiyimiz ilk gündən onunla şərt kəsmişəm: açıq-saçıq geyimlərə qadağa qoymuşam. Bir də gecə saat 12-dən sonra heç kimlə nə sosial şəbəkədə yazışmasına, nə də telefonla danışmasına icazə vermirəm. Gizlətmirəm, onu çox qısqanıram, buna görə də hər yerə bərabər gedirik. Hər zaman gözümün önündədir. İki övladımız var, bu günə qədər Sevda sözümdən çıxmadığı və mənə hörmətlə yanaşdığı üçün hələ də bir yerdəyik. İnşallah, qurduğumuz bu xoşbəxt ailəni sona qədər davam etdirəcəyik. Ona görə çox şeylərdən keçmişəm və sona qədər də keçməyə hazıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.