Şou-biznes

Murad Arifin adından insanlar aldadılır: "Eşidəndən şokdayam"

15 Dekabr 2017 12:08
4 Şərh     Baxış: 1 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni-bəstəkar Murad Arifə qarşı dələduzluq edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun adından müştərilərinin aldadıldığını deyib:

"Məclis maklerləri ağ edib. Mən vasitəçilərə, onsuz da, öz halal 10%-imi verirəm. Biri məni 5-ə razı salıb, müştəridən 10 götrürsə, buna nə ad vermək olar?.. Yayda apardığım məclislə bağlı elə şey eşitdim ki, şokdaydam! İnsan o loxmanı boğazından necə keçirib, görəsən? 

Hörmətli məclis sahibləri, şirkət nümayəndələri! Əgər "Murad Arif bölgələrə getmir", "Tək özü üçün 8-10 min manat istəyir", "Bakıda olmayacaq", "Həmin gün məşğuldur", "Murad müğənni seçiminə müdaxilə edir", "Filan sənətçilərlə məclis aparmır" tipli yalan versiyalar eşitmək istəmirsinizsə, özümə müraciət edin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.