Şou-biznes

"Ona necə qulaq asırlar?" - VİDEO - FOTO

11 Dekabr 2017 18:36
17 Şərh     Baxış: 8 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, ARB Ulduz-un "Virtual həyat" proqramının budəfəki müsahibi müğənni Samir Cavadzadə olub.

Tamaşaçının müğənniyə qarşı aqressiyasının səbəblərini anlamadığını deyən müğənni, təhqirlərin baş alıb getdiyi bir zamanda cavab verməkdən çəkinməyəcəyini açıqladı:

"Tamaşaçı müğənnilərə qarşı aqressiv olub. Mən bu aqressiyanın daxilində çıxış etmək istəmirəm. Arada saytlara göz gəzdirirəm, görürəm ki, necə pis danışırlar. Niyə? Biz sizə nə etmişik? Məni efirdə görürsən, xoşun gəlmirsə, kanalı çevir. Heç kimin haqqı yoxdur ki, kimisə təhqir etsin. Mən özümə söz vermişəm ki, bundan sonra kim təhqir edəcək, beş qat cavabını alacaq".

Tamaşaçının zövqünün kifayət qədər dəyişdiyini diqqətə çatdıran müğənni notsuz mahnıların yalançı şan-şöhrətindən danışdı.

"6-7 il ərzində zövqlər 360 dərəcə dəyişilib. Necə bayağı mahnılar, musiqilər ortaya çıxıb. Bunlar heç mahnı belə deyil. O gün mənə bir mahnı təqdim ediblər, deyirlər ki, bu mahnı partladır. Ad çəkməyəcəm. Mən həmin müğənninin bir dəqiqəlik studiya səsyazmasına qulaq asdım. Onun 35 saniyəsində falş eşitdim. Bu insan necə populyar ola bilər? Ona necə qulaq asırlar?"

Samir Cavadzadə ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.