Şou-biznes

Xalq artistimizin qızını Amerikaya dəvət edən erməni kimdir? - FOTO

9 Dekabr 2017 19:16
14 Şərh     Baxış: 10 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ramiz Novruzovun qızı, stilist Şəfəq Novruzova Nyu-Yorkda master-klassa dəvət alıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dəvət ABŞ-da yaşayan erməni mənşəli stilist Elisa Ataxanyandan gəlib.

Novruzova dəvətlə bağlı yazıb: "Əziz həmkarlar, məni qonaq qismində Amerikaya master-klassa dəvət ediblər. Tədbirin təşkilatçısı Elisadır".

Bundan əlavə, Novruzovanı Belçika, Almaniya, Rusiya, Özbəkistan və digər ölkələrdə master-klasslarda iştirak etməyə dəvət ediblər.​
Elisa Ataxanyan "Beynəlmiləl master-klass" adlı layihə həyata keçirir. Bu layihədə müxtəlif ölkələrdən olan stilistlər iştirak edirlər və təcrübələrini bölüşürlər. Bu dəfə o, Azərbaycandan olan həmkarının çağırıb.

Xatırladaq ki, bundan əvvəl Şəfəq Novruzovanın erməni stilist Georgi Kotla dostluğu tənqid hədəfinə çevrilmişdi. Onun sonuncu paylaşımı da tənqid olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.