Şou-biznes

Anar Nağılbazdan video etirafı: Zombiləşmişdim

7 Dekabr 2017 17:04
36 Şərh     Baxış: 25 431

İntim videosu ilə medianın gündəminə çevrilən Anar Nağılbaz yeni açıqlamalar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reper başına gələnlərlə bağlı  sosial şəbəkədə ətraflı məlumat yayıb.

Reper şəkər xəstəliyinə tutulduğunu da deyib.

"Əsəbdən, stressdən 2 ilə yaxındır depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım son günlərdə bəlli olub, halbuki nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istədiklərini deyiblər".

Reper bildirib ki, onu psixotrop maddələrlə zəhərləyib, zombiləşdiriblər.

"Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, avtomobil, şou-biznes sferasında yanımda görünmək və hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar".

Reper 6 ay içkiyə qurşandığını deyib: "Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə qurşandım. Amma yenə də taksi şoferi kimi arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki tanımasınlar".

Anar Nağılbaz: "Yeni ildə ayrıldıq"

"Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq anasız qoymamaq qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya bağlı olurlar. Bir söz də var, uşaqlar anadan yetim qalır".

Anar Nağılbaz sabiq həyat yoldaşı Anjelikanın ona xəyanət etməsini iddia edib.

"Olmadığım müddətdə uşağı dərsə aparıb-gətirmək adı ilə gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atagilə cürbəcür xarici bahalı ciplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintilərə aparır, istədiklərini alırdım. Aylıq xərcləri ödənirdi. Artıq xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi".

Reperin ailə həyatı qurduqdan sonra maddi vəziyyəti pisləşib.

"Son aylarda yaşlı ata, anamın və mənim səhhətimdə pisləşmələr olduğundan atam xahiş etdi ki, qızım, iki ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy 2 ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın, atan, anan, bacın, digər qardaşların yardım etsin. Amma yenə də kirayə haqları verilib, oğlum və qızım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayda uşaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də 4 gün yanımda qalıblar, cox sevinirdilər, gəzintiyə aparmışam."

Reperin sözlərinə görə, yoldaşı ikinci dəfə ailə qurduğunu eşidib, onu şantaj etməyə başlayıb.

"Evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib şantaja əl atdı və 2 gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən evlənirəm və kliplər çəkirəmsə, pulum var. Bu videonu kimlərin necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə, deməli, başqa işlər də edə bilərlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

36 Şərh:

  • Anonim
    Ləli · 7 Dekabr 17:19322

    çıxıb kişi kimi desəydi ki, yaxşı eləmişəm, bundan daha mərifətli olardı.

    Cavab yaz
    • Anonim
      ayla · 7 Dekabr 23:3655

      Hami edir sende etmisen keffg ed yaxsi da etmisenn halaldi

      Cavab yaz
    • Anonim
      T. Adyol · 9 Dekabr 03:4210

      Türkiye'de de bazı meşhurların bu cür videoları yayılmıştı. Hemin videolarda bazen o şahısların yüzlerini bile seçmek olmuyordu. Anar'ın yüzü de sesi de açıkça görünüyor. Matbuata ilk günden videoda görsenen şahsın özü olduğunu itiraf edip videonun yayılmasına göre Azerbaycan halkından özür isteyebilir ve uzun bir müddet ortadan kaybolabilirdi. Böyle yapmamasının sebebi özünü mağdur gösterip reklam eyleye çalışması olabilir.

      Cavab yaz
  • Anonim
    Molla Əmi · 7 Dekabr 17:19357

    Anar danışdıqca batırsan.. sus.. ilk gündən sənə nə demişdimsə onu elə. 10 qoyun , 5 keçi.. qat qabağına çıx dağlara.. adam arasına çıxma.

    Cavab yaz
    • Anonim
      kohne · 7 Dekabr 18:0790

      Cobanlara nolub ki,Molla?mollaliq eleme.

      Cavab yaz
  • Anonim
    .... · 7 Dekabr 17:4183

    Zombiiiiii..... Anar Zombiii......

    Cavab yaz
  • Anonim
    aea · 7 Dekabr 17:45101

    sadəcə utanc bir vəziyyət.... kişi kimi hərəkət etmək lazımdır... ağlaşma qurmaq lazım deyil....

    Cavab yaz
  • Anonim
    Mambo · 7 Dekabr 17:4885

    Kiwiden tutmayiblar ki .! Kiwi axtaran ..kiwiler utansin dayanma snikersle.

    Cavab yaz
  • Anonim
    ? · 7 Dekabr 17:49181

    Ay Anar, İtaliyanın prezidentı Silvio Berluskoninin çılpaq qızlarla hovuzda çəkilmiş şəklini paylaşmışdılar. Özündən açıqlama istəyəndə demişdiki Əcəb eləmişəm. Asudə vaxtımı keçirirəm. Əziz Anar, yaxşı olarki bu söhbətləri bağlayasan. Get işinlə gücünlə məşğul ol, yeni yeni işlər haqda fikirləş.

    Cavab yaz
    • Anonim
      Ramin · 8 Dekabr 02:1152

      Anar besdir yalan dedin, dolayi yol ilə boynuna alirsan elediyini.

      Cavab yaz
  • Anonim
    SEVİL · 7 Dekabr 17:52101

    )))))))))Allah səni güldürsün,Molla əmi .Həqiqətən ,hər dəfə şok açıqlamalar edir .İndi guya söz danışdə daaa. Hər çətinlik çəkən kişi arvadını atası evinə göndərməlidi ?

    Cavab yaz
    • Anonim
      Molla Əmi · 7 Dekabr 18:0650

      Təşəkkürlər Sevil bala. Xoşbəxt ol.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 17:5787

    Bes bu reanimasiyada pis veziyyetde idi hec olmasa 1-2 ay ozun xesteliye vurardi ara sakitlesince mence buna lezzet edir gunde cixis etmek ne meqseddi mene catmir??Allah evvel insana aqil sefasi versin sonra orqan aqrisinin sefalarin en esas aqildi..

    Cavab yaz
  • Anonim
    ••• · 7 Dekabr 18:20160

    Heç birini ne müdafie elemirem, ne qinamiram, birce onu deqiq bilurem ki, dünyada en asan, en rahat iş qadina böhtan atmaqdi, 100-ü inanmasa da, biri şubhelenecek. Amma KÍŠÍ, özü de qiz atasi gerek bunu etmeye, sabah o qizcun qapin döyülecek...

    Cavab yaz
    • Anonim
      Nnn · 7 Dekabr 19:5970

      Duz dediz yaxsi kisi qadin ne qeder pis olsada qadinina toz qondurmaz denen alinmadi ayrildiq yoxsa goplama arvadi xeyanet edirmis sen olesen

      Cavab yaz
  • Anonim
    Ana. · 7 Dekabr 18:34101

    Ne qeder ki qadinlara, evladlarina, zulm eden kisiler var allah belasin versin.Necede verir Utanmazlar.

    Cavab yaz
    • Anonim
      doğru · 8 Dekabr 11:1110

      Amin.Zülmedənlərə Allah lənət etsin.Ailəyə Dosta Qonşuya İşçilərinə Millətinə Xalqina ...

      Cavab yaz
  • Anonim
    qayim · 7 Dekabr 18:4260

    ay anar nə goppp vurursan ayıbdı sənə . deki etmişəm vəss salam

    Cavab yaz
  • Anonim
    nazoş · 7 Dekabr 18:44112

    ay anar gezin firlanin sorada atin derman verenin ustune..ayibdir e..nece olur ki pis seyleri etmeye agliniz tez kesir.?qoy o beyniniz yaxsi seylere calişsinda zina etmeye yox..mende aldanmisam erim terefden.bele seyler adama cox toxunur..hardasa ..besdirin gezdiz kuce qadinlariyla..hec kime yox ozunuze gunah edirsiz..gozden dusursuz..

    Cavab yaz
  • Anonim
    Sofiya · 7 Dekabr 18:5541

    Ozunuzu alcaltmayin yeke adamsiz ee

    Cavab yaz
  • Anonim
    nunu · 7 Dekabr 19:5361

    elemisen ya yox onu de

    Cavab yaz
  • Anonim
    maqa 1 · 7 Dekabr 22:4842

    bu qeder bow bow cerennemekdense get plastik emiliyyatnan dilvi deyowdir vessalam dil dedikde orqani nezerde tuturam aa

    Cavab yaz
  • Anonim
    lala · 7 Dekabr 22:5501

    arvadi ne istese edir Anardan ne gozleyir.kisiye hecne ayib deyil.bilmurdin repcidi.axirlari olmur.

    Cavab yaz
  • Anonim
    Asiko · 8 Dekabr 00:2330

    Nese eden Anardi siz niye narahat olursuz dil onun deyir hara geldi vura biker gormursuz gah nala vurur gah mixa)

    Cavab yaz
  • Anonim
    Ayken · 8 Dekabr 00:5930

    Keyfiyetsiz kişidi kankret aile ücün ovlad ücün onların qaygısı ücün yaranmıyb.heyat yoldasi da ele bunun tayi qasturka qapaq tapisiblar elebil

    Cavab yaz
  • Anonim
    x · 8 Dekabr 08:4111

    Ne kishi ne qadin hec biri duz emeli adam deyil.

    Cavab yaz
    • Anonim
      Afa · 8 Dekabr 10:2420

      Allahdan qorxun.serh yazanda fikirlesin.menim kiwilerden zehlem gedir.amma yene de duz deyil bu cur hereket.insani bezdirer bu cur serhler bir az anlayiwli olun.indi her cur werait var ki istenilen adami santaj edesen.yazmayin pis sozler insana yaziqdi

      Cavab yaz
  • Anonim
    bankir · 8 Dekabr 11:3505

    Məncə Anara qəsd ediblər, Anar Özündə olmayıb, özü də bilmədən ona nəsə veriblər, sırf şantaj üçün

    Cavab yaz
  • Anonim
    azerbaycanli qadin · 8 Dekabr 11:5032

    Sherhim sherh yazanlaradir: Sabah Anar bezib ozunu oldurse sakitleshersiz!!! Bir saginiza, solunuza, vaxtiniz olanda da guzguye baxin. Utanin.

    Cavab yaz
    • Anonim
      T. Adyol · 9 Dekabr 03:2910

      Nice ki öyle ahlaksız vaziyette videoya çekilmesi öz sehvidir, intihar etse o da öz sehvi olur. Anar böyle şerhler görmek istemiyorsa çıkıp cefengiyat danışmasın.

      Cavab yaz
  • Anonim
    Oxucu · 8 Dekabr 12:2620

    ay anar, o bahalı ciplər qardaşının, atasının, bacısının, rəfiqəsinin maşınları ola bilməz? Özü arvadı ola-ola qıraqda min oyundan çıxan adam boşandıqdan sonra keçmiş arvadını gör nədə ittiham edir. Nə haqla? Sən ailənin başının üstündəydin onu başqa maşın gətirəndə? əvvəl onu de

    Cavab yaz
  • Anonim
    ESMERIM · 8 Dekabr 15:1200

    QEYRETINE QUZU KESIM AY ANAR

    Cavab yaz
  • Anonim
    Moonking · 8 Dekabr 15:5800

    Nagilbazdida

    Cavab yaz
  • Anonim
    T. Adyol · 9 Dekabr 03:2720

    Nağılbaz nağıl danışıyor. Kinolara fazla bakmış diyesin.

    Cavab yaz
  • Anonim
    Maqa · 11 Dekabr 14:5900

    Ay Anar yadında saxla ki, kişi öz həyat yoldaşının adına söz çıxarmır. Yaxşı kişinin arvadı ona xəyanət etmir. Sənin kişi boyunu yerə soxum. Əgər yoldaşından şübhələnirdinsə, boşamazdın, öldürərdin, kişi kimi gedib 10 il oturub çıxardın. Ay qeyrətli kişi Anar, yadında saxla ki, onun əyri yolda olmağına sən səbəb olmusan. Əgər sənin qadının hazırda əyri yoldadırsa, sənin aydındır. 10 kişi deyəcəksə filankəsin qızıdır, 10 kişi də deyəcəkdir ki, Anar Nağılbazın arvadıdır. Bunu necə qeyrətinə sığışdıracaqsan.

    Cavab yaz
  • Anonim
    Maqa · 11 Dekabr 15:0200

    Amma öz aramızdır əsl dilqəmdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.