Şou-biznes

"Azərbaycanlılar çox imkanlıdır, bir zənglə bizim məşhurları evlərinə aparırlar" - Türkiyə televiziyası - VİDEO

7 Dekabr 2017 18:18
16 Şərh     Baxış: 8 263

Türkiyənin məşhur televiziyalarından olan "TV8" telekanalında Azərbaycandan danışılıb. 
 
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Türkiyənin TV8 kanalında yayımlanan "Gəl konuşalım" verilişdə aparıcı Hakan UralSeda Akgül Hadisənin Yeni ili Azərbaycanda keçirəcəyini deyiblər. Aparıcılar deyib ki, 1 günlük Yeni il çıxışının qarşılığında Hadisənin 1 milyon türk lirəsi (500 min AZN) alacaq.
 
Hakan Ural daha sonra azərbaycanlıların çox zəngin olduğunu deyib: "Azərbaycanda pul var. Orada elə qadınlar, elə iş adamları var ki, Hadisənin Bakıya 1 günlük gəlməsi üçün o, pulu verə bilərlər. Onlar bir zənglə bizim məşhurları məclislərinə, evlərinə aparırlar.
 
Aparıcı daha sonra türk müğənnilərə edilən hədiyyələrdən də bəhs edib. "Bəzi azərbaycanlı iş adamları türk müğənnilərə hədiyyə də verirlər. Keçən il bir iş adamı ad gününə Tarkanı dəvət etmişdi Bakıya, bundan başqa biri bahalı saat vermişdi bizim sənətçilərə.
 
Azərbaycanda olan pula görə həvəsə düşən aparıcılar bir-iki mahnı yazdırıb Bakıda çıxış etməyə hazır olduqlarını deyiblər.
 
Müğənni olmazsa belə, hətta şou proqramlarda aparıcılıq etməyə də hazr olduqlarını deyiblər. 
 
Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyə televiziyasında Azərbaycandan danışdılar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Xanim · 7 Dekabr 18:51102

    Boy,Turkıyedekı varlılardan danısmırlar,bızı gorubler ee,göze getırecekler

    Cavab yaz
  • Anonim
    melek · 7 Dekabr 18:5594

    birce o qalmisdir milletimin elini ayagini yeyesiniz hec masallahda demirler Allahim qorusun gozel milletimi Amin Insallah

    Cavab yaz
  • Anonim
    Molla · 7 Dekabr 19:24140

    Biz hara pul hara,görən bizdən danişirlar

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 7 Dekabr 19:39100

    """Varlığa nə darlıq""....biri itinə biri pişiyinə biri xoruzuna...ad günü keçirdir.bilmirlər pullarını hara xərcləsinlər.""gözümüz aydın""türkiyədə məşhur olduq....acı gülüşlərlə ALEKS@

    Cavab yaz
    • Anonim
      Tutu · 7 Dekabr 19:5552

      Üzərlik yandırın gözə gələrik

      Cavab yaz
  • Anonim
    Çimçonikk · 7 Dekabr 20:1160

    Bizi deyir gören ..hele bir zeng eliyim görüm gelicey Hadise amma cibimde bir milyon yox,1m 50 qepiyim var

    Cavab yaz
  • Anonim
    Noname · 7 Dekabr 20:18110

    Duzdu pul var agil yox! Sohretperestlikdir lazimsiz pullari xercleden

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 7 Dekabr 20:4080

    Içim özümü yandirir,cölüm özgeni...Bu atalar sözü burda ,tam yerinde deyilib....

    Cavab yaz
  • Anonim
    $.$.$. · 7 Dekabr 20:4570

    Allah millətimizin başından töksun o pulları.nə olar pullarınızı Turk muqənnilərinə xərcləyənə qədər kasıb kusub tələbələrin illik ödənişlərini ödəyəsiniz? vallah hə Allaha xoş gedər həm də insanlara Siz pullular da savab yiyəsi olarsınız.

    Cavab yaz
  • Anonim
    Seva · 7 Dekabr 21:1031

    Tu tu masallah goze getirecekler Azerbaycani

    Cavab yaz
  • Anonim
    Sahin · 7 Dekabr 21:1350

    Toxun acdan ne xeberi(

    Cavab yaz
  • Anonim
    SEVİL · 7 Dekabr 21:1651

    Uzaq Diyara salamlar.Necəsiniz ?Deyim yerinə düşdü ,həqiqətən elədi ( .Bizsə türk artistərinin hər serialdan qazandıqları pula həsəd aparırıq ((...Onlarda da var pul niyə yoxdu .Gör heç bizim müğənnini ora aparıb pullarını başına tökərlər ??Heç vaxt ....

    Cavab yaz
  • Anonim
    Xeyale · 7 Dekabr 21:2231

    Yalansa gercek olsun

    Cavab yaz
  • Anonim
    Sirr · 7 Dekabr 22:3540

    Goren bılırler bız ne qeder teqaud alırıq. Elbette gelen gorurukı kucede bahalı masınlar vıllalar bele dusunecekde.ıcerılerı gormurler axı

    Cavab yaz
  • Anonim
    AAA · 8 Dekabr 10:5900

    men Azerbaycanda yashamiram deyesen.

    Cavab yaz
  • Anonim
    ilahe · 8 Dekabr 11:0400

    azerbaycanin ancaq is adamlaridi hele varliq icinde yasiyan biz yazilar 300m maasa isdiyirik

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.