Aparıcı Hüsniyyə Məhərrəmovanın Oxumeni.az-a müsahibəsi
Aparıcı sözünün bir çox mənaları var. Lakin onun ən böyük mənası öndə olmaqdır. Kütlənin önündə getmək, onu arxanca aparmaq nə qədər qürurverici olsa da, bir o qədər çətindir. Çünki doğru yolu aparıcı müəyyən edir və maneələr hər zaman öndə gedənin qarşısına çıxır. Yol isə çox uzundur. Həyatdan birbaş qəlblərə və hafizələrə doğru uzanır...
Bugünkü həmsöhbətim bir çox televiziya verilişlərinin aparıcısı Hüsniyyə Məhərrəmovadır.
- Əvvəlcə özünüzü təqdim edərdiniz.
- Mən Hüsniyyə Məhərrəmova. Sentyabrın otuzunda 30 yaşım tamam olacaq. Maraqlı insanam, özümü çox sevənəm, istəyirəm ki, hamı da məni sevsin (gülür).
- Təqdimata ehtiyacınız varmı?
- Əlbəttə var, kimin təqdimata ehtiyacı yoxdur ki? Hamının təqdimata ehtiyacı var. Elə bir adamlar ola bilər ki, onun təqdimata ehtiyacı olmasın, o da Üzeyir Hacıbəyov kimi, Qara Qarayev kimi dahi adamlardır. Aparıcıların, ulduz müğənnilərin təqdimata ehtiyacı var. Aparıcıları 5 nəfər tanıya bilər, 3 nəfər tanıya bilməz. Mən də onların içində.
- Aparıcı var ki, heç bir il deyil, aparıcılıq edir, amma özünü bir nömrəli hesab edir. Buna münasibətiniz necədir?
- Əgər o özünü bir nömrəli aparıcı hesab edirsə, yaxşı şeydir, qoy olsun. Bunun nəyi pisdir ki? Özü üçün öz dünyasında bir nömrəlidirsə, lap yaxşı. Hərə öz sahəsində elə çalışmalıdır ki, 1-ci olsun. Hər bir kəs istəyinə, məqsədinə çatmaq istəyir. Bu yolda çoxlu çalışmalısan. Gərək təkid edəsən. O zaman da istəyinə doğru irəlilədiyinin şahidi olacaqsan.
- Aparıcılarımızda sevdiyiniz və ya sevmədiyiniz hansı xüsusiyyətlər var?
- Oy, nə çətin sualdır bu. Sevdiyim xüsusiyyət və ya sevmədiyim xüsusiyyət. Vallah, mən nə deyim, gərək oturum fikirləşim. Sevmədiyim xüsusiyyət, deyərdim ki, özünü reklam etməkdir. Məndə elə xüsusiyyət yoxdur. Bəziləri verilişlərinə məşhur müğənniləri dəvət edirlərsə, elə zənn edirlər ki, məşhurdurlar. Ancaq bu, heç də belə deyil. Elə bilirlər ki, veriliş də nömrə birdir, özləri də. Daha çox işlər görmək lazımdır.
- Bəs yaxşı, özünüzdə sevmədiyiniz xüsusiyyət hansıdır?
- Sevmədiyim xüsusiyyət odur ki, artıq 6 ildir televiziyada çalışıram. Buna baxmayaraq, istər böyük tədbir olsun, istər kiçik tədbir olsun, çəkiliş zamanı çox həyəcanlanıram, "valeryanka" içib verilişə çıxıram. Bax bunu xoşlamıram. O da bəlkə yaxşıdır ki, işimə məsuliyyətlə yanaşıram.
- Hansı məşhur aparıcılarımızla səhnə paylaşmaq istəyərdiniz?
- İlham Qasımovla, başqa aparıcılarla veriliş aparmışam. İctimai televiziyanın ən yaxşı aparıcıları ilə veriliş aparmışam. Səhnəni bölüşmədiyim aparıcılardan İctimai televiziyadan yaxşı tanıdığınız Fuad Axundovdur.
- Tanınmış ziyalı, jurnalist Etibar Babayev müsahibələrin birində gənc aparıcılardan sizi bəyəndiyini demişdi. Bu barədə nə deyə bilərdiniz?
- Doğrudan elə demişdi? Oy, nə yaxşı. Mən buna çox sevinirəm. Mən elə fikirləşirəm ki, məni az adam bəyənir. Əsasən də yaşlı nəsil mənə çox tənqidi yanaşır. Əgər Etibar müəllim məni bəyənibsə, ona böyük minnətdarlığımı bildirirəm. Ona demək istəyirəm ki, məni çox sevindirmiş oldu.
- Bildiyimə görə, ailəlisiniz. Sevib ailə həyatı qurmusunuz?
- Niyə elə baxdınız? 3 ildir, ailə həyatı qurmuşam. Samir Cəfərov Azərbaycanın nömrə bir rok ifaçısıdır. Məndən məşhur adamdır e, öz aralarında.
- Həyat yoldaşınız desə ki, televiziya, yoxsa mən. Hansını seçərdiniz?
- Əlbəttə ki, Samir Cəfərovu, məni sevən insanı seçərdim. Mən bilirəm ki, o, mənə o sözü deməyəcək. Ona görə mən onu sevib ona ərə getmişəm.
- Çəkiliş zamanı başınıza hər hansı maraqlı hadisə gəlibmi?
- Lap deyərdim ki, dəhşətli dərəcədə hadisə yoxdur. Ancaq balaca hadisələr olub. Nə olub gülməli hadisələr? Hə, yadıma düşdü, "Qaraj" verilişində uşaqlarla çəkiliş zamanı təkər üstünə yıxılmışdım. Bir dəfə də "Qaraj" verilişinin başlığını çəkəndə rejissor deyəndə ki, bir addım irəli, bunu heç kəs bilmirdi, rejissor da bilmirdi. Arxada tülkü tələsi vardı. Bir addım irəli demişdilər ki, bir də gördülər Hüsniyyə kadr arxasında yoxdur, düşüb tülkü tələsinə. Ancaq hər şey yaxşı qurtardı.
- Belə hiss edirəm ki, cəsarətli və çılğın xanımsınız. Nədir sizi cəsarətli və çılğın olmağa vadar edən?
- Çılğın deyə bilmərəm, amma cəsarətli olmağa cəsarətliyəm. Mən elə bir ailədə doğulmuşam ki, valideynlərim məni belə tərbiyə ediblər. Həyatda cəsarətli olmaq lazımdır. Həyat qorxaq insanları sevmir. Qorxaq olsaydım, televiziyada işləməzdim. Uzaq başı oturub evdə yemək bişirərdim. Amma mən qorxaq insan deyiləm. Çılğınlığımı bilmirəm, yəqin dostlarımla çoxlu günəş şüaları qəbul edirəm. Dostlarımla həyatda sevindirici anlarım çox olur, ona görə də sevincli hisslərim yığılır-yığılır, sonra çılğın oluram.
- Hansı televiziya jurnalistlərini özünüzə rəqib görürsünüz?
- Rəqabətə gəldikdə, mən sırf televiziyada çalışsam da, jurnalistikanı qurtarmamışam, peşəkar jurnalist deyiləm. Əvvəl İncəsənət Universitetini, sonra Musiqi Akademiyasını bitirmişəm. Daha çox incəsənət adamıyam, musiqiçiyəm. Aparıcılıq da incəsənətin bir növüdür. Bütün aparıcılar mənim üçün rəqibdir.
- Saleh Bağırov , Leyla Quliyeva, Könül Arifqızı, onları özünüzə rəqib bilmirsiniz?
- Niyə bilmirəm? Bayaq dedim, bütün aparıcıları özümə rəqib bilirəm. Onlar rəqib olmaqla bərabər mənim dostlarımdır. Çünki ilk gündən biz bir yerdə çalışırıq.
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hüsniyyə Məhərrəmova: "Əgər o özünü bir nömrəli aparıcı hesab edirsə..." - MÜSAHİBƏ
29 İyul 2011 09:34
Baxış: 6 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Moskvada restoranlar kütləvi şəkildə bağlanır: bazarda ən böyük dalğa
-
Vaqif Allahverdiyevə hökm oxundu
-
Zelenski Trampın “Sülh Şurası” ilə bağlı dəvəti açıqladı: Ukraynanın mövqeyi sərtdir
-
"Fitch" 2026-2027-ci illər üzrə Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını verib
-
Cəlilabadda intensiv yağışlar ciddi fəsadlara yol açıb
-
İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb - VİDEO - FOTO
-
“Qarabağ”da transfer həyəcanı: qış fasiləsində yenilik ola bilər
-
Prezident: Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər
-
ABŞ-nin dövlət borcu rekord həddə çatdı
-
İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür
-
Prezident: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük
-
Azərbaycan Prezidenti: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur
-
Prezident: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur
-
Təsadüfi çəkilişdə böyük mənzərə: 3 uşaqdan şəhidlərə hörmət - VİDEO
-
İlkin ödəniş etdi, amma maşın verilmədi - "Changan Auto"dan CAVAB
-
Prezident Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb - VİDEO - FOTO
-
Dövlətə borcunu tam ödəməyən “Kontakt Home” kredit təşkilatının sərmayəsini daha 8 milyon artırıb
-
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb - FOTO
-
Azərbaycanda günəş və külək enerjisi istehsalı artıb
-
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər - VİDEO - FOTO
-
İranda ölənlər və saxlanılanların sayı açıqlandı
-
"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi - VİDEO
-
Qızıl bahalaşmaqda davam edir
-
Bu gün və sabahla bağlı XƏBƏRDARLIQ





