Şou-biznes

Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər

24 Noyabr 2017 17:26
141 Şərh     Baxış: 9 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktrisa Pərvin Abıyeva Türkiyənin məşhur "Hürriyet" qəzetinə müsahibə verib.

Milli.Az xəbər verir ki, aktrisa müsahibəsində şəxsi həyatından da danışıb.

O "sevgiliniz varmı?" sualına belə cavab verib: "Var, həm də yox kimi bir şeydir. Əgər mən Türkiyəyə köçsəm, Azərbaycanda olan hər şeyi yarımçıq qoyacam. Sevgilim əgər istəsə, mənimlə gələr, istəməsə də özü bilər. Həyatımı kiməsə görə dəyişmərəm".

Aktrisa müsahibəsində Rafet El Romanla münasibətindən də danışıb və onu çox romantik adlandırıb: "Rafet çox romantik, səmimi insandır. O Azərbaycan kişiləri kimi deyil. Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər"

Abıyeva sevdiyi türk aktyorların da adını açıqlayıb: "Halit Ergenc, Şevket Coruh bəyəndiyim aktyorlardır".(azxeber.com)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.