Şou-biznes

Nadir Qafarzadədən etiraz: "Övladlarıma toxunmayın"

24 Noyabr 2017 17:10
6 Şərh     Baxış: 4 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə ona övladları ilə bağlı sual ünvanlayanlara ultimatum göndərib.

Milli.Az xəbər verir ki,müğənni daha ona övladları ilə bağlı sual verilməsini istəmir:

"Bəziləri mənim açıqlamamdan şou düzəldir. Övladlarımla bağlı mənə sual ünvanlayırlar ki, oğlunuzu nə vaxt evləndirirsiz? Kiminsə qapısına elçi getmisiniz? Artıq bu suallardan bezmişəm. Adama bir sualı nə qədər verərlər? Mən hələ oğluma görə kiminsə qapısına elçi getməmişəm. Amma gələcəkdə özü kimi istəyəcəksə, onu da alacaq. Onların şəxsi seçimlərinə qarışmaram. Özlərinə də demişəm, kimi istəyərlərsə, mən də bir ata kimi razı olaram. Amma sizin vasitənizlə xahiş edirəm ki, övladlarımla bağlı mənə sual verməyin. Çünki mən şou aləmindəyəm, onlar yox! Övladlarıma toxunmasınlar. Onlardan yazmasınlar. Düşünürəm ki, bu istəyimi nəzərə alacaqsınız".

Qeyd edək ki, N.Qafarzadə bir müddət öncə Xəzər TV-də yayımlanan "5/5" proqramında oğlu üçün müğənnilərdən birinin qızını bəyəndiyini demişdi.(publika.az)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.