Şou-biznes

Vüsalla bağlı açıqlama: “O veriliş AzTV-də yayımlanmayıb...”

24 Noyabr 2017 10:33
9 Şərh     Baxış: 4 364

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan verilişlə bağlı Müasir Azərbaycan Gəncliyi (MAG)  açıqlama verib.

Milli.Az xəbər verir ki, MZ productionun rəhbəri Üzlüfət Qasımova qafqazinfo-ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:

"O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, "MAG" 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı". 

Üzlüfət Qasımova, həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir:

"Onun çox peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik".

Qeyd edək ki, Rzasoyun oxuduğu "Ayə, harayə gedirsən, ayə?" mahnısı müzakirələrə səbəb olmuşdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsindəidman

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Ramin · 24 Noyabr 2017 10:4713

    Ayə nətərsən ayə

    Cavab yaz
  • Anonim
    Zehra m · 24 Noyabr 2017 10:4711

    Allah sizi guldursun bu neydi bele. Aparici yazigi gulmek tutmusdu. Özunu gucnen saxliyirdi. Ele bil qizilderili o vaxti kinolarda olurdu ha xarici amerikan filmlerinde qizilderilierin ifasi valla ona oxsatdim. Eyni onnar kimi oxuyurdu boyuk ixtiradi halal olsun. Bu menim fikrimdi belkede bir mene ele geldi ne bilim

    Cavab yaz
  • Anonim
    ESMERIM · 24 Noyabr 2017 11:3611

    MAG 5 ILDIR EFIRDE YAYIMLANIR BU QEDER MARAGA SEBEB OLMAMISDI DIYIR QADIN SEVININDA BU GUN HAMI SIZIN VERLISDEN AZTVDEN DANISIR

    Cavab yaz
  • Anonim
    Azərbaycanlı · 24 Noyabr 2017 12:5312

    "Onun çox peşəkar əcnəbi prodüseri var. Biz heç bir müğənnimizin belə prodüserini gorməmişdik"... AzTvdə işləyirsən, Azərbaycanın istedadlı insanlarını və ümumilikdə millətini aşağılsyırsan. Düzələn deyilik... Əcnəbidirsə, demək ki VSJO!! Gördük bu əcnəbinin ortalığa çıxartdığı işi

    Cavab yaz
  • Anonim
    Oxucu · 24 Noyabr 2017 13:0100

    TV-nin efirində getməyib. internetdə yayılıb.

    Cavab yaz
  • Anonim
    Mina · 24 Noyabr 2017 13:2301

    Seviyyesizlik ayib olsun

    Cavab yaz
  • Anonim
    Mina · 24 Noyabr 2017 13:2400

    Seviyyesizlik ayib olsun

    Cavab yaz
  • Anonim
    Suvelan · 24 Noyabr 2017 16:2100

    Aye bele mahni olar ayeeeee. ..bu da oldu seyidcahanin tikimi..

    Cavab yaz
  • Anonim
    Asu · 24 Noyabr 2017 20:5410

    Bele baxanda Halil Sezayide İsyan mahnısını bele oxuyub .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.