Şou-biznes

"Günayın səs-küylü imici geridə qaldı, indi..."

23 Noyabr 2017 20:03
2 Şərh     Baxış: 2 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stilist Anar Ağakişiyev şou-biznesin zövqlü və zövqsüz müğənnilərindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" proqramının qonağı olan stilist küsülü olduğu müğənni Günay İbrahimlidən də söz açıb:

"Fatimə Fətəliyevanın nə saçı, nə makiyajı, nə aksesuarları zövqlüdür. Bu xanımda zövq sözünün "z" hərfi yoxdur. Nigar Camal baxmayaraq dostumdur, stil baxımından büdrəyir. Günayın imicini dəyişmək onunkundan rahatdır. Amma yaxın günlərdə Londondan partlayış hazırlayır. Günay İbrahimlinin nə vaxtsa, qışqıran, səs-küy yaradan stili olub. Amma keçmişdə qaldı. Ceyla, Gülay Zeynallı və Aysel Əlizadə isə sıradan insanlar kimi geyinirlər. İstər incisinlər, istər yox, mənim subyektiv fikrimdir".

Anar müğənni Səidə Sultanı və Sevda Yahyayevanı zövqlü adlandırıb:

"Səidə Sultan zövqünə görə ikinci yerdədir. Maraqlı geyimləri var. Bilir ki, imic nə deməkdir. Bəzi adamlar sadə geyinə bilər, amma paltar üzərində partlaya bilir. Bunu da Səidə bacarır. Sevda isə ən zövqlüdür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.