Şou-biznes

Tanınmış azərbaycanlı aktyorun toy günü bəlli oldu

23 Noyabr 2017 19:31
1 Şərh     Baxış: 10 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktyor, "Bozbaş pictures"in Şirini Nicat Rəhimovun toy tarixi bəlli olub. Aktyor bu haqda ilk məlumatı Milli.Az-a verib.

"İnşallah ki, dekabr ayının 5-i mənim toy günüm, xoş günümdür. Düzdür, çox həyəcanlıyam, çünki ailə həyatı böyük məsuliyyətdir. Toyumda mənə əziz olan insanlar, qohumlar, bir sözlə yaxın sənət dostlarım iştirak edəcək. Mən istədim ki, toyum şən və maraqlı keçsin. Buna görə də toyumu yaxın qohumum, gözəl müğənni Rüfət Axundova həvalə etmişəm. Əvvəl gündən istəmişdim ki, mənim toyumu Rüfət idarə etsin. Bütün subay dostlarıma da ailə həyatı arzulayıram", - deyə aktyor bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.