Şou-biznes

Xoşqədəm: "Ora kimsəni buraxmayın..."

23 Noyabr 2017 12:25
22 Şərh     Baxış: 7 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Doğuşla ailəli olan aparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə bağlı paylaşım edib.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı həyat yoldaşına sevgi etirafı edib:
 
""Ailə" kəlməsini hərə bir cür anlayır. Ailə sevgi və hörmət deməkdir. Ailə çətin gündə də, xoş gündə də bir yerdə olmaq deməkdir. Bura müqəddəs bir ocaqdır. Ailə bir qaladır, ora kimsəni buraxmaq olmaz! Çünki ətrafımızda xoşbəxt olmayan, əri tərəfindən sevilməyənlər və ya o sevgini görməyənlər var. Təəssüf ki, belələrinin arasında "Mən xoşbəxt deyiləmsə, o niyə xoşbəxt olmalıdır" deyib şeytan düşüncələriylə daha bir ailənin bədbəxt olmasını istəyənlər var. Ona görə də, "ailə qaladır" deyimini əsas götürüb ora kimsəni buraxmayın...
 
Nə yaxşı ki, həyatımızdasan, nə yaxşı ki, əkizlərimin atasısan. Rəbbim səni ailəmizin üstündən əksik etməsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.