Şou-biznes

"Oğlum mənə dedi ki, evdən qaçacam" - Azərbaycanlı müğənni - VİDEO – FOTO

22 Noyabr 2017 14:18
4 Şərh     Baxış: 6 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Zenfra İbrahimova maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, övladına heç vaxt hansısa bir mahnı öyrətmədiyini deyən müğənni onun seçimlərinə hər zaman hörmətlə yanaşacağını söylədi:

"Oğlum İbrahimə heç vaxt deməmişəm ki, bu mahnını oxu, o mahnını oxu! Yaxud mahnı sözləri, ümumiyyətlə, öyrətməmişəm. Ancaq özümün də bəyəndiyim bir mahnı varsa, deyirəm, ki, atam, bax, bu mahnya qulaq as, qəşəng mahnıdır. Mənə bu sənəti seçəndə heç bir maneə yaratmayıblar. Müğənnnilik mənim sevib, seçdiyim sənətdir. Mənim anamın sevib, seçdiyi sənətdir. Mənim balam da oxuya bilirsə, niyə də olmasın". 

Zenfira İbrahimovanın "İbrahim mən sənə desəm ki, oxuma, müğənnilik etmə nə edəcəksən?"- sualına oğlu belə cavab verib: "Nə edəcəm? Evdən qaçacam. Gedib sənətimi özüm davam etdirəcəm". 

O, oğlunun musiqi duyumu olmasından da danışıb:

"Mənim övladımda artistlik, mahnı oxumaq, mahnının sözlərini duymaq, mahnını hiss edib, duyğulu hisslər keçirmək varsa, mən nə deyə bilərəm ki?"

Zenfira İbrahimova ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.