Şou-biznes

Nigar: "Plastik əməliyyat insanı transseksuallara oxşadır"

22 Noyabr 2017 11:25
18 Şərh     Baxış: 5 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çoxları yaşımı müzakirə edib, üzümdə qırışlar axtarmağa o qədər həvəslidirlər ki... Onlar özlərindəki yox, məndəki çirkinlikləri göstərmək istəyirlər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Eurovision 2011" qalibi Nigar Camal sosial şəbəkədə yazıb.

Müğənni onu tənqid edənlərə cavab verib. Nigar bildirib ki, heç bir plastik əməliyyat keçirməyib:

"Cennifer Lopesə bənzəmək üçün heç bir plastik əməliyyat etdirməmişəm. Bu cür plastik əməliyyatlar insanı transseksuallara bənzəməyə gətirib çıxarır. Bəzən Amerika filmlərində elə dəyişiklik edirlər ki, övlad ancaq qoxudan anası olduğunu bilir. Əzizlərim, sadəcə, özünüzə qulluq edin. Yaşlı qadın yoxdur, baxımsız qadın var. Siqaretdən və spirtli içkidən uzaq olun.

Sağlam qidalanmaq məsləhət görə bilmərəm, çünki özüm hər şey yeyirəm. Bu, insana gözəl əhval-ruhiyyə verir. Mənə görə pəhriz yalnız stress yaradır. 

Özünüzü və ətrafınızdakıları sevin. Qarşınıza məqsəd qoyun və ardıyca gedin. Özünüzü qara düşüncələrdən xilas edin. O, sadəcə əsəb gətirir. Öz və ətrafınızdakıların əsəblərini korlamayın".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.