Şou-biznes

Kübra Əliyeva və Pərvin qalmaqalına Firəngiz Mütəllimovadan MÜNASİBƏT

21 Noyabr 2017 20:24
30 Şərh     Baxış: 6 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Kübra Əliyeva ilə aktrisa Pərvin Abıyeva arasındakı qalmaqala xalq artisti Firəngiz Mütəllimova münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Bu bizik, Toliklə" verilişinə zəng edərək bunları deyib:

"Adi bir söz gəncləri depressiyaya sala, həyata küsdürə bilər. Pərvin də gəncdir. Ona dəstək olmaq, yaxud da bir kəlmə sözlə həyatını qaraltmaq olar? İstedadı var, mən də ona dəstək oluram. Kübra xanımla səhnə bölüşmüşəm. O da düz məsləhət verir ki, təhsil alsın. Mən də müəlliməyəm, onu yönləndirə bilərəm. Kübra xanımın dediyi sözdə qəbahətli heç nə yoxdur".

Prodüser Tarix Əliyev (Tolik) isə "Mən səkkizinci sinifdə bitirib, bu gün aparıcı işləyirəm. Aygün Kazımova yüksək təhsil almayıb, indi xalq artistidir. Türkiyədəki aktrisalar var ki, heç universitet oxumayıblar. Bunlar fitri istedaddır" sözlərini deyib. 

Qeyd edək ki, K.Əliyeva aktrisa haqqında "Sənin fitri istedadın hələ üzə çıxmayıb. İki rol oynamaqla sən özünü böyük aktrisa sayma. Sənə təhsil lazımdır. Hazırlaş, İncəsənət universitetinə gir, öyrən" sözlərini demişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.