Şou-biznes

"Sən yatağında rahat yatanda, mən gecədən-səhərə kimi..." - Fərda - VİDEO

21 Noyabr 2017 13:00
4 Şərh     Baxış: 3 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Virtual həyat" proqramının növbəti qonağı, "Yanlış anlama" filminin qalası ilə bağlı həm Türkiyədə, həm də Azərbaycanda alqışlarla qarşılanan Fərda Amin olub.

Milli.Az xəbər verir ki, tanınmış şoumen, ölkəsini Türkiyədə fəxrlə təmsil etmələrindən və hətta türkiyəli jurnalistlərin onu Cem Yılmaz deyə çağırmasından danışdı.

"Ən böyük qürur hissi o idi ki, mən qalada dimdik dayanmışdım ki, min şükür Allahım, biz ölkəmizi təmsil elədik. Bunun arxası gələcək. Mətbuat konfransından məni yadda saxlayan jurnalistlər var idi ki, bəlkə, sizə Cem Yılmaz deyək, deyirdilər".

Çəkici əlinə aldımı hər yeri mismar görən bəzi insanlar Fərdanı o qədər əsəbiləşdirib ki, aktyor danışıb, danışıb sakitləşə bilmədi.

"İrəli gedən insanı niyə əzirsən, niyə onun haqqında qara piar yaymağa çalışırsan: Axı o, sənin ölkəni təmsil edir. Filmləri ən bol kassalı filmlərdir. Ən kədərli vaxtına belə gəlirsən, oturursan, baxırsan, gülürsən. Mənim kimə pisliyim toxuna bilər ki? Buna sevinməmək olarmı? Əlbəttə ki, olmaz. Mən məni sevənlər üçün yaşayıram. Ancaq sevməyənləri də istəyirəm cəlb edim ki, gözlərindəki kin pərdəsini, içlərindəki qurdluluğu götürsünlər.

Desəm ki, normalda gündə bir dəfə yemək yeyirəm, siz mənə inanmayacaqsız və inanmalı bir durum da deyil. Çünki gecə-gündüz hər şey qarışıb. Məni qınayanlara buradan demək istəyirəm ki, sən yatağında rahat yatanda, mən gecədən-səhərə kimi bir saat belə gözümü qırpmadan, işıqların altında çalışıram".

Fərda Aminlə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Sən yatağında rahat yatanda, mən gecədən-səhərə kimi..." - Fərda

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.