Şou-biznes

"Burak Özçivitlə açıq-saçıq səhnələrə çəkilərəm" - Afaq Aslan - VİDEO - FOTO

20 Noyabr 2017 12:23
30 Şərh     Baxış: 5 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Afaq Aslan maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, yeni təqdim etdiyi klipindən bəhs edib:

"Əslində, klip çoxdan işıq üzü görməliydi, bir az yubandı. Belə deyək də gec oldu, güc oldu. Ürəyim istəyən kimi bir iş ortaya çıxdı. Klip çəkilişlərimiz yayda başladı, payızda da davam etdi. Klipin üzərində hardasa iki ay işlənilib".

Üzərinə dolu kimi yağan tənqidlər, Afaqı o qədər düşündürüb ki, müğənni yeni klipində açıq-saçıqlıqdan, ümumiyyətlə, uzaqlaşıb:

"Mənim seçimimə qalsa, daha fərqli, açıq-saçıq iş təqdim edərəm. Amma bizdə bəzi şeylər qəbul olunmadığına görə mən içimdəki Afaqın bir hissəsini tamaşaçılara təqdim elədim. Çox təndiqə məruz qalıram. Düşündük ki, çox da açıq-saçıqlığa yol verməyək. Çünki insanlar onu qəbul eləmir. Baxmayaraq ki, dünya ulduzlarına baxıb qəbul edirlər, özümüzdə olanda xoşlamırlar. Bu tip görüntülər bizim adamlarda qıcıq yaradır. Klip qalır qıraqda, məni müzakirə edirlər".

Klipdə müğənni tərəf müqabili ilə ola biləcək bütün açıq-saçıq səhnələrdən imtina etsə də, yalnız bir aktyorla eyni səhnəni paylaşa biləcəyini söylədi:

"Fotosessiyalarım açıq-saçıq ola bilər. Roliklərim açıq-saçıq ola bilər. Ancaq sevmədiyim, mənə əziz olmayan adamla açıq-saçıq səhnəyə çəkilə bilmərəm. Onda mən Afaq olmaram. Burak Özçivit olsa, çəkilərəm. Onda da qorxuram ki, Burak Fahriye Evceni unudar".

Afaq Aslan sevgilisinin təsiri altında açıq-saçıq səhnə və geyimlərdən imtina edərək, sərhədləri aşmaq istəməyib:

"Əslində, bilsəniz ki, sevgilim necə qısqancdır. Mənim kimi qızı qısqanmamaq olar? Klip çəkilən ərəfədə hər 10 dəqiqədən bir zəng edirdi: hər şey yaxşıdır? Nəyəsə ehtiyac var? Çəkiliş necə gedir? Onun bu cür nəzarəti altında mən çox məsuliyyət daşıyırdım. Demirəm, ondan qorxuram, yox, sadəcə, insan sevdiyi insanın qəlbinə dəyməməlidi".

Sevgilisindən bir müddət ayrı düşən müğənni 3 aydır ki, ağladığını və depressiyada olduğunu etiraf etdi:

"Mən buradan o insana demək istəyirəm ki, onu çox sevirəm. Bir etiraf edim, o, yeganə insandır ki, həyatım boyunca onun üçün gecə-gündüz 3 ay dayanmadan ağlamışam. O insan haqqında danışanda elə bir gün olmayıb ki, gözüm dolmasın. Bilmirəm niyə, bəlkə də, ona olan sevgimdən. Mənim kimi kaprizli adamın ürəyini ələ almaq gör nə deməkdir? Dəhşət ürəyimə girib. O qədər insan içində olursan, ancaq sən onu fikirləşirsən. Görəsən, neyniyir, nə yedi, hardadır? Ancaq o insan üçün yaşayırsan. İşləriylə bağlı başqa ölkədədir. Hələ gəlməyib. Ona görə də 3 aydır ki, depressiyadayam".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.