Şou-biznes

Roza: "Həkim dedi ki, bir də ana olmayacaqsan"

18 Noyabr 2017 16:12
19 Şərh     Baxış: 5 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İkinci yazdığım kitab övladlığa götürdüyüm oğullarımın anası Leylanın həyatından bəhs edir. Çox dəhşətli həyatıolub".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Klip+" verilişində deyib.   

Sənətçi bir daha heç vaxt ana ola bilməyəcəyini açıqlayıb. O, övladlığa uşaq götürməsinin səbəbindən danışıb:

"Gənc olanda düşünürdüm ki, ailə quranda övladım olmasın. Deyirdim, zahiri görünüşüm dəyişəcək, yuxusuz gecələr keçirəcəm, kiminsə qayğısını çəkəcəm. Ailə qurdum, əkiz övladım dünyaya gəldi, biri sağ qaldı. Sonra nə qədər əlləşdim yenidən ana olmadım. Həkim dedi ki, əziyyət çəkmə bir daha ana olmayacaqsan".

Roza övladlığa götürdüyü qızının ona xəyanətindən söz açıb:

"Övladlığa uşaq götürüb saxlamağım hamıya asan gəlir. 10 yaşında qız götürdüm böyütdüm. 16 yaşında onu atan ananın yanına qayıtdı. İllər keçdi səhvini başa düşdü və yanıma qayıtdı. Efirdə yalan danışmışam. Deyirdim, övladımın sağlamlığı ilə bağlı səhnədən getdim. Amma mən həyatdan sındım, övladım bildiyim insan tərəfindən tərk edildim. Yeni uşaqları övladlığa götürəndə hamı qarşı oldu. Dedilər, bir də xəyanət görsən, sən öləcəksən". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.