Şou-biznes

Günel nişanlısının şirkətindən çıxdı, özünə kiçik biznes qurur

14 Noyabr 2017 14:01
9 Şərh     Baxış: 11 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova uzun müddətdir şəxsi həyatı ilə bağlı heç bir açıqlama vermir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi İnstaqram səhifəsində etdiyi paylaşımla bütün suallara cavab verib.

Nişanlısından ayrılması ilə bağlı yayılan xəbərlərə də toxunan Günel yeni qərar aldığını bildirib:

"Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatımda da reallaşdırdım. "Torunlar Ajans" və orada çalışanlarla bütün əlaqəmi kəsdim".

Günel eyni zamanda yeni şirkət açdığını da deyib:

"Bu gündən bütün tədbirlərimi öz şirkətim olan "BYGNL" əməkdaşları təşkil edəcək və işimə onlarla davam edəcək".

Qeyd edək ki, "Torunlar Ajans" Günelin nişanlısı Cem Ozan Torunların ailəsinə məxsus idi.

Cem və Günelin nişanı ötən ilin oktyabrında olmuşdu. Bu ilin iyulunda isə onların ayrılma xəbəri yayılmışdı. Günel uzun müddətdir bununla bağlı sualları cavabsız qoyurdu. Hətta bu yaxınlarda cütlük barışdığını bildirmişdi. Amma görünür qısa vaxt keçmədən onlar yenidən ayrılıblar.

Günel və Cem birlikdə restoran da açmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.