Şou-biznes

Hacıbaba Bağırovun rus oğlunun FOTOsu yayıldı - İLK DƏFƏ

7 Noyabr 2017 19:12
14 Şərh     Baxış: 21 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırovun Rusiyada yaşayan oğlunun fotosu yayılıb.

Fotonu Rus Dram teatrının aktyoru Elşad Süleyman Facebook səhifəsində paylaşıb. Ata-oğul sanki bir almanın iki üzüdür.

Milli.Az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən E.Süleyman fotonu Smolensk şəhərində çəkdiyini bildirib:

"Mən orada bir ziyafətdə iştirak edirdim. Hacıbaba Bağırovun oğlunu da qonaqlara orda təqdim etdilər. Adı Aleksandrdır, onunla bağlı başqa məlumat bilmirəm".

Qeyd edək ki, Azərbaycanın məşhur gülüş ustası Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Onu "Saşa" deyə çağırıblar. Sənət dostlarının dediyinə görə, o, atasının son günlərinə qədər ona baş çəkib, əlaqə saxlayıb.

Qeyd edək ki, xalq artistinin Aleksandrdan başqa Lalə və Şölə adlı iki qızı var.
Aleksandrın 64, Lalənin 55, Şölənin isə 15 yaşı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.