Şou-biznes

Faiq Ağayev ona edilən hücumdan sonra əsəbiləşdi: "Düz yolu azmış ..."

1 Noyabr 2017 11:19
0 Şərh     Baxış: 2 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev yenidən hakker hücumuna məruz qalıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "AzHack Team" qrupu kiber cinayət edərək müğənninin rəsmi saytını ələ keçiriblər. Onlar daha sonra ifaçıya "Faiq bəy, ana dilinizi unudub rus dilində sayt açanda bilmirdiz ki, belə olacaq?" işmarışını göndəriblər.

F.Ağayev hakkerlərə müraciət edərək bunları yazıb:

"Düz yolu azmış gənclərimizin aqibəti, bulanıq görünən gələcəyi qorxudur məni əslində. Çünki meyarlar, prioritetlər səhv seçilib. Vətənə sərhədsiz sevgi və ehtiram nümayiş edən bir xalq artistinin neçə illərdir ki, dondurulmuş saytının cəmi bir bölümünü haramcasına, oğurluqla əldə etmələri ilə arsızcasına öyünürlər.

Səbəb - saytın Azərbaycan dili bölməsi ilə bərabər (əlavə etdiyim fotoda bu aydın görünür) həm də rus dili bölməsinin olmasıdır. Sözüm məhz və bilavasitə onlaradır: Özünüzə zəhmət verib, 2001-ci ildə fəaliyyətə başlayan, hal-hazırda isə uzun müddətdir ki "under construction" vəziyyətdə olan rəsmi saytıma ayıq başla daxil olsaydınız, görəcəkdiniz ki, sayt iki dildədir.

Əsas Azərbaycan və yardımçı rus dillərində seçənəkləri var. Təbii ki, saytın xarici bir dildə də fəaliyyət göstərməsi bir Azərbaycanlı müğənninin ən azı 300 milyonluq rusdilli internet istifadəçi kütləsi arasında təbliğatı üçün hesablanmışdır.

Bir həmvətənlinizə səbəbsiz "amansızlıq" sərgiləməyiniz nə qədər dayaz düşüncəyə malik olduğunuzu göstərir. Demaqogiya və iyrənc vətənşüvənlik ilə ucuz, müəmmalı "şöhrət" qazanmaqdansa, gedin Vətənimiz haqda bütün dünyaya olmazın yalanlar, dəhşətli həqarətlər tirajlayan Xocalı soyqırımını belə məzxərəyə qoyan erməni saytlarını qırın.

Kəskin qınayıram sizi! 

Ermənilər gülür bizə ucbatınızdan, zavallı "qəhrəmanlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.