Şou-biznes

Talıb və Vüsalə "döyüş"ü bitdi - Maşın kimin üçün əldən getdi? - VİDEO

22 Oktyabr 2017 10:23
72 Şərh     Baxış: 16 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Talıb Taleni SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Talıb Tale hədəfinin bəlli olduğunu, teleaparıcı Vüsalə Kərimova ilə yarışacağını bildirib. Dünən Vüsalə Kərimova bir güllə ilə iki canavar vurdu. Birini vurdu, Elşad Xoseni, birini isə - məni yaraladı. Ona görə də mənim hədəfim Vüsalə Kərimovadı. 

Vüsalə Kərimova isə Talıbala yarışmayacağını bildirib. Mən dünən öz gücümü göstərdim. Ona görə də mənim üçün əhəmiyyəti yoxdu. 

Amma verilişin yarısında Vüsalə Kərimova fikrini dəyişərək Talıbın getməsinə səs istədə, Talıbın 123 milyonluq Youtube izləyicisi mifini dağıda bilməyib. 63,67 faiz tamaşaçı Talıb Talenin qalması üçün səs verib. Beləliklə də maşın Vüsalə Kərimova üçün əldən getdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Talıb  və Vüsalə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.