Şou-biznes

Prodüser Elşadı rüsvay etdi: "Alfons, ucuz narkoman, küçələrdə yatan..." - FOTO

20 Oktyabr 2017 14:49
116 Şərh     Baxış: 49 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elşad Xosenin dünən "Maşın " şoudan əməkdar artist Mehriban Xanlarovanı uzaqlaşdırması qərarı ilə razılaşmayanlardan biri də prodüser Sultandır.

Milli.Az xəbərçi.az-a istinadən sizə prodüserin sosial şəbəkədə Elşad Xoseni necə rüsvay etməsini təqdim edir: 

"Danışmayacaqdım, amma susmayacam ...

Dünən "Maşın" şoudan Mehriban Xanlarovanı Elşad Xosesiz uzaqlaşdırdı. Bəli, oyundu və qanun qaydaya görə bir nəfəri maşından uzaqlaşdırmaq lazımdır. Amma sən Elşad Xosesiz bir düşünməli idin ki, niyə Mehriban xanımı uzaqlaşdırırsan. Guya sən öz aləmində zorsan da... Xeyr sənin zatən aləmin yoxdu, sənin aləmin yalnız narkomanlıqdı, alfonsluqdu, evli qadınla yaşayıb alfonsluq etməkdir. İndi bir az ötən tarixə baxaq: Hüseyn Dərya rəhmətlik meydana gəldi, bütün repçiləri sildi. Sən Xose zamanında Röyaya yalvardın ki, gəl duet oxuyaq (Gəl danış), oxudunuz, xanımın hesabına gündəmə gəldin. Sonra özüm canlı şahidəm Murad Dadaşov səni "Maşın" şoudan qovdu (reklam arası), Muradın qardaşı Fəridlə studiyanın məhləsində söyüşdünüz və Sən Xose qorxudan aradan çıxdın. Yaşıl teatrda konsertin olacaqdı, niyə təxirə salındı?

Sən həmin Elşad deyilsən ki, sənin Oksana Rəsulova ilə dost-dost deyə-deyə Rusiyada yaşayan imkanlı kişinin pullarını yeyən?! Asiyada yaşayan imkanli kişinin pullarini yeyən? O cəhənnəmə, evli kişinin arvadı olan Oksana Rəsulova ilə yaşayan sən deyildin? Ondan sonra həmin bu iş adamı ATV maqazinə çıxıb səni və arvadını biabır etdi. Ondan sonra Oksanaya dost dedin, amma sonra evləndiniz, bunları eden sən deyilsən? Mətbuat konfransı keçirildi, ANS kanalının rəhbərliyini təhqir etdin. Çünki sənin narkomanlığını sübut etdilər. Baş yeyən əjdaha sənsən çünki sən alfons, arvad hesabına və narkomansan. Utanmaz - utanmaz efirə çıxırsan, millətə dərs keçirsən. 

Mehriban Xanlarova Azərbaycan Respublikasının əməkdar artistidi və Azərbaycan musiqisini dünyada təbliğ edən dünya şöhrətli Zeynəb Xanlarovanın qardaşı qızıdır. Sən isə heç kimsən!
Mehriban Xanlarovaya Allah maşın da yetirəcək, pul da, çünki o xanım o qədər qeyrətli, şərəfli, kasıblara, xəstələrə ehtiyacı olan insanlara imkanı qədər dəstək olan bir anadı. Sən isə küçələrdə yatan vicdansız, şərəfsiz, ucuz narkomansan!".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.