Şou-biznes

Vüqar "Maşın"dakı gizlinləri açıb-tökdü: "Bunu eşidəndə dəhşətə gəldim"

20 Oktyabr 2017 13:28
15 Şərh     Baxış: 27 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Vüsalə Əlizadə tərəfindən "Maşın şou"dan uzaqlaşdırılan meyxanaçı Vüqar Əbdülov hələ də baş verənlərin təsiri altında olduğunu deyib.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən meyxanaçı Raufun onun ünvanına söylədiyi "əjdahanın quyruğu" sözünü bağışlamayacağını bildirib:

"Mən söz vermişdim ki, bu barədə danışmayacam, amma soruşdunuzsa, cavab verim. Rauf oyun zamanı mənim ünvanıma "əjdahanın quyruğu" ifadəsini səsləndirdi. Bu, mənim xoşuma gəlmədi. Hələ indiyə qədər heç kimə icazə verməmişəm ki, mənimlə münasibətdə hörmətsizliyə yol versin və həddini aşsın. Rauf həddini aşdı. Şou bitdikdən sonra mən onu kənara çəkdim və dedim ki, o nə söz idi işlətdin? Qayıtdı ki, "brat", ağzımdan qəfil çıxdı, bağışla. Mən ona dedim ki, bu sözü milyonlarla insanların qarşısında işlətmisən, elə onların da yanında söhbətə aydınlıq gətir. Söz verdi, amma oyun zamanı sözünə əməl etmədi. Bu da onun səviyyəsidir. Mən orada elə şeylərlə qarşılaşdım, elə söhbətlər eşitdim ki, dəhşətə gəldim. 10 dəqiqə əvvəl söylədiyim sözləri mənə başqası çatdırırdı. Xəbərçilik, sözgəzdirmə, bir-birini təhqir etmək - inanın, mən çaşıb qalmışdım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.