Şou-biznes

Hacı Nuranın bər-bəzəkli kostyumlarının sirri - VİDEO - FOTO

18 Oktyabr 2017 16:57
7 Şərh     Baxış: 12 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış teleaparıcı hacı Nuran Hüseynovun al-əlvan kostyumları sosial mediada tez-tez müzakirə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən gün "ATV"-də yayımlanan "Maşın" şouda əməkdar artist Murad Dadaşov aparıcının geyimləri ilə bağlı maraqlı informasiya verib. O bildirib ki, hacı Nuran Hüseynov geyimlərini özü tikir.

Xatırladaq ki, N.Hüseynov müsahibələrindən birində onkoloji xəstəlik ucbatından orta yaşda dünyasını dəyişən valideynləri, özünün də eyni xəstəlikdən əziyyət çəkməsi, bununla əlaqədar yaşadıqları sarsıntıların öhdəsindən gələ bilmək və həyatına rəng qatmaq üçün məhz bu cür geyimlərə üstünlük verdiyini söyləmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hacı Nuranın bər-bəzəkli kostyumlarının sirri

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.