Şou-biznes

Firəngiz Mütəllimova əsəbləşdi: "Burnunuzdan gəlsin"

16 Oktyabr 2017 20:44
6 Şərh     Baxış: 3 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Firengiz Mütəllimova ARB TV-ni düzgün xəbərlər verməməkdə günahlandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa kanalın ünvanına bu sözləri deyib:

"Verilişlərinizi doğru, düzgün xəbərlərlə hazırlasanız, daha reytinqli olar. Mənim səhhətimlə bağlı reytinq burnunuzdan gələr, inşaallah. Ona görə də verilişlərə artıq heç kim gəlmək istəmir".

Qeyd edək ki, bu gün ARB TV-də efirə gedən "Günə doğru" proqramında F.Mütəllimovanın səhhətində problem olduğu bildirilib. 

Verilişin aparıcılarından biri, Ülvira Qarayeva aktrisa haqda belə söyləyib:

"Xalq artisti Firəngiz Mütəllibova xəstəxanaya düşüb. Ona görə çox kədərlənirik. Biz bu xəbərdən çox sarsılmışıq. Əslində, onun probleminin nədən ibarət olduğunu bilmirəm. Amma səhhətində tez-tez problemlər olur. Komandamız onunla əlaqə saxlayıb, lakin xalq artisti danışa bilməyib. Deyəsən, vəziyyəti yaxşı deyil".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.