Şou-biznes

"Allah səni öldürsün" - "Maşın"da daha bir QALMAQAL

16 Oktyabr 2017 16:32
29 Şərh     Baxış: 15 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalmaqallı "Maşın" realiti şousunun 15-ci mövsümü davam edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, dünən yayımlanan buraxılışda aparıcı Vüsalə Kərimova və jurnalist Ülviyyə Alovlu arasında münaqişə yaşanıb.

Aparıcı Ülviyyəni qorxaq olmaqda ittiham edib: "Artıq bəsdir! O həddə çatdırırsan ki, dinməyənlər də danışır. Sən hamıdan qorxursan, nə məsələdir? Bu oyundur, nə dürüstlük, nə riyakarlıq? Görürsən ki, sabah orada şəkili çıxacaq, axşam yanına gedirsən, ona təsir edirsən ki, sabahı günü o adam sənə dəyməsin".

Ü.Alovlu isə həmkarına belə cavab verib:

"Bəli, mən riyakar insanlardan qorxuram. Dürüst oyun istəyirəm. Əgər mən axşamdan kiminsə yanına gedirəmsə, yalandırsa, Allah səni öldürsün".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.