Şou-biznes

"Dadaşovun 11 dostu" və ya "Maşın"ı udmağa daha çox kim şanslıdır?

16 Oktyabr 2017 19:30
4 Şərh     Baxış: 3 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın" realiti-şousunda mübarizəni artıq  yalnız 11 nəfər davam edir. "Maşinistlərin" sayı əsl futbol komandasına bənzədiyi üçün istərdim oxucularımıza onların təqdimatını və qalib gəlmək şanslarını  da futbolsayağı bildirim.

Milli.Az atv.az-a istinadən ötən gecənin qəhrəmanları haqqında qisa məzmun təqdim edir:

Talıb Tale
Talıb Taleni bu komandada "qapıcı" kimi görmək olar. Yəni, indiyədək o yalnız özünü arasıkəsilməyən zərbələrdən qorumaqla məşğul olub. Və, çox guman ki, Talıb hansısa bir "zərbənin" qarşısında aciz qalacaq. Amma "qol buraxmayıb", üçlüyə düşsə, fiziki baxımdan güclü olan qolkiper qalib gəlməlidir. Ona görə də qalib gəlmək şansları 50 faizdir.

Vüqar Əbdulov
Çox gözəl oyun nümayış etdirir - əsl pleymeykerdi, oyunda adı çəkilməsə də belə, vəziyyəti  yaxşı idarə edə bilir. Müdafiə də olunur, vaxtı-vaxtında hücuma da qoşulur. Üçlüyə düşmək şansları 60 faiz, qalib gəlmək şansları isə 30 faizdir. Siqaretdən aslılıq öz sözünü deyə bilər.

Rauf Əhmədov
Sırf müdafiəçidir, özü də sağda oynayıb, sol cinaha can atan. Hücum xəttində oynamaqsa, necə deyərlər, onluq deyil - bunu nə qədər istəsə belə. Çünki həlledici məqamlarda hətta boş qapıya qol vurmaq əvəzinə pas ötürür! Amma  oyunu "oxuya bildiyi" üçün qalib gəlmək şansları az da olsa var - 30 faiz.

İlkin Miskərli
"Maşın" komandasının digər müdafiəçisi İlkin Miskərli hələ ki öz funksiyasını çox gözəl yerinə yetirir. Topsuz oynamağı bacarır, özünü çoxda yormadan rəqibin hücumlarının qarşısını məharətlə alır. Qalib gəlmək şansları 70-75 faizdir - yəni favoritlərdən biridir.

Elşad Xose
"Maşın" yığmasının ikinci yarımmüdafiəçisi və komandanın kapitanı olmağa iddialı bir oyunçu. Üçlüyə düşmək şansları 90 faiz olsa da, qalib gəlmək şansı ondan üç dəfə azdır - fiziki durumu qənaətbəxş olmadığına görə.

Mehriban Xanlarova
Komandanın hal-hazırkı  "kapitanı" və mərkəz hücumçusu. Daim rəqibin oyuncularını aldatmağa çalışır, gözəl ötürmələri ilə  "qruplaşma yoldaşlarını" zərbə mövqeyinə çıxardır. Onun əsas problemi isə hədindən artıq komanda yoldaşlarına təzyiq göstərməkdir. Buna baxmayaraq, üçlüyə düşmək va qalib qəlmək şansları  yüksəkdir - 60-70 faiz. Çünki çox iradəli və məqsədyönlü oyunçudur.

Ülviyə Alovlu
Hücum xəttinin "Ronaldusu" - yalnız qol vurmaq istəyir, çox vaxt buna görə də müdafiəyə qayıda bilmir və əks-hücumlar qarşısında aciz qalır.  Növbəti əks-hücumum qarşısını ala bilməyəcəyi ünün qalib gəlmək şansları cəmi 20 faizdir. Amma üçlüyə düşsə, bu rəqəb ən azı dörd dəfə artacaq, çünki fiziki hazırlığı yüksək səviyyədədir.

Vüsalə Kərimova
Əsas heyyətdə mövqeyini tapa bilmir - gah müdafiədə oturur, gah hücuma keçir, hərdən isə "pleymeker" olmaq eşqinə düşür. Məhz buna görə rəqibləri tərəfindən təzyiqlərə məruz qalır, top onda olanda belə düzgün ötürmə edə bilmir. Buna baxmayaraq meydanda yüksək səsi ilə oyunçulara təzyiq göstərməyə çalışır və baş məşqçi  funksiyalarını üstünə götürür. Qalib gəlmək şansları 40 faizdir. Lakin üçlüyə düşsə, bu rəqəm 100-də çata bilər, çünki çox iradəlidir.

Vüsalə Əlizadə
Komandanın liderlərindən biri - hücuma meyilli yarımmüdəfiəçi. Rəqibin hücumlarından qorxmur, ötürmələr etməsə də belə, özü çox gözəl ücuma keçir və qol vurmağı da bacarır- buna dəfələrlə şahidlik etmişik. Vüsalə çox peşəkar oyun sərgiləyir desək, yanılmarıq. Qalib gəlmək şansları 85-90 faiz.

Xatun
Komandanın içində ən "müəmmalı" oyunçu. İlk baxışdan çox passiv oyun nümayiş etdirsə də, start sürəti çox yüksək olduğuna hücumda təhlükəlidir. Digər oyunçular tərəfindən ciddi rəqib kimi nəzərə alınmamağı bu an onun xeyrinədir. Xatunun fintləri nümunəvi və gözlənilməzdir. Zərbə mövqeyinə çıxanda növbəti addımının necə olduğunu yalnız özü öncədən bilir. Üçlüyə düşmək şansları 20 faizdən çox olmasa belə, ondan hər an zərbə gözləmək olar.

Və nahəyət, komandanın Baş məşqçisi Murad Dadaşov!
Artıq 12 ildir ki komandaya rəhbərlik edir. Bu müddət ərzində bir çox oyunçuları kəşf edib, bir çoxlarına gələcək transferlərdə yardımçı olub, bir çoxlarının oyunundan isə bolluca divident qazanıb. Və hər zaman göstərib ki, onun üçün əzəzedilməz oyunçu yoxdur! Vaxtı ilə Faiq Ağayev, Aygün Kazımova kimi peşəkar nəhənglər komandadan getsə belə, Hüseyn Dərya, Murad Arif, Qaraqan,Roza Zərgərli,Günel Ələkbərova kimi oyunçuları kəşf edib. Komandanın indiki heyətində də Talıb Tale kimi " ikinci divizion top qovan ulduzu, "premyer liqaya" tanıtdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.