Şou-biznes

Mikayıl: "Paltar ütüləyirəm, ev də süpürərəm"

12 Oktyabr 2017 19:00
54 Şərh     Baxış: 2 693

Milli.Az "Space" telekanalının tanınmış aparıcısı Mikayıl Güləddinoğlunun lent.az-a müsahibəsini təqdim edir.

 - Aparıcılıq etdiyiniz verilişlər daim tənqid olunub. Səbəb nədir?

- O tənqid hər zaman olur. Əgər varsansa, tənqid də olunacaqsan. Hər zaman tərif olmaz ki... Hər halda bunlar ədəbi tənqidlərdi. Məsələn, bütün kütlə muğama, xalq mahnılarına qulaq asa bilməz. Hər kütlənin öz zövqü var. 6 ildir, el şənliklərinə gedirəm. Orada ən azı 300 adam olur. Ordakı hamıdan xoş sözlər eşidirəm. Bu, tək 1 gün üçün deyil. Hər zaman belədir. Ayın 20 günü toyda oluramsa, deməli, məni istəyirlər və dəvət edirlər. Məni bəyənməyənləri yalnız rəylərdə görmüşəm. Amma normal həyatda, reallıqda heç kim məni sevmədiyini deməyib. Amma istəyərdim ki, tənqidləri də eşidim.

 - Bəzi müğənnilərimiz qeyd edirlər ki, Mikayıl toyxananı efirə gətirdi...

- Bununla razılaşmıram. Məsələn, xalq artisti Mənsum İbrahimov və ölkəmizdə sayılıb-seçilən digər muğam ifaçıları mənim verilişimdə iştirak edib. Hər alda əsl sənətkarlar verilişimdə olub. Hər halda Mənsum İbrahimovun qiyməti mənim üçün ölçü vahididir. Ola bilər ki, mənim "Sevimli şou" verilişimdə bir az dinamik, oynaq mahnılar olurdu. Amma "Sevimli mahnı" verilişimdə Tofiq Quliyevin, Cahangir Cahangirovun bəstələri səslənir. Məsələn, mən ötən verilişi Fikrət Əmirovun "Qarabağ" əsəri ilə başlamışdım. O vaxt Seda Sayanın, İbrahim Tatlısəsin verilişləri var idi. Gəlib tamaşaçılarla oynayırdılar. Seda Sayanın indi elə bir verilişi var. Tamaşaçılarla yallı gedir. Bunun nəyi pisdi?

 - Bir çoxları iddia edir ki, tamaşaçıları pulla efirə gətirirsiniz...

- Yox, belə bir şey ola bilməz. Şübhəsi olan varsa, həftənin 1-ci günü, axşam saat 8-də "Space"in qabağında olsun. Ötən veriliş 20 nəfərə yaxın tamaşaçıya yer olmadı. Geri qayıdası oldular. Yəni onlar mənim tanıdığım adamlar və yaxud qohumlarım deyildi. Studiya yalnız 111 nəfərlikdir. Onların hamısı mənim qohumumdur? Ola bilməz.

 - Elə bir müğənni varmı kİ, efirə çağırmısınız, gəlməyib?

- Hamısı sevə-sevə gəlirlər. Elə bir müğənni olmayıb. Mənim verilişimdə xalq artistləri Könül Xasıyeva, Gülyanaq Məmmədova və digər xalq və əməkdar artistləri oxuyursa, deməli, layiq bilirlər. Burada qəbahətli nə var ki? Ola bilər ki, mənim qol-qanad qaldırıb oynamağım toyxana abu-havası yaradıb. Amma indiki verilişimə bunun aidiyyəti yoxdur. "Sevimli mahnı" verilişimə indi kimsə qəbahət tutursa, razı olmuram.

 - Mətbuatda belə bir xəbər dərc olunmuşdu ki, "Mikayılı toyda döydülər".

- Yox, bu günə qədər elə bir şey olmayıb. Özü də yazıblar, guya hadisə Ağcabədidə olub. Ağcabədinin Avşar kəndində bir ana əhd eləmişdi ki, oğlunun toyuna getsəm, ayağımın altında qurban kəsəcək. Bunu təkəbbür üçün demirəm. Olan bir şeydi.

 - Sosial şəbəkədə yazılan tənqidlərə münasibətiniz necə olur?

- Bəlkə də bu geridəqalmışlıqdı, amma mən nə "Feysbuk", nə də "İnstagram"da varam. "WhatsApp"ı da oğlum doğulanda açdırdım ki, şəklini göndərsinlər baxım. Mənim ümumiyyətlə, başım çıxmır ki, orda necə yazmaq olur. Ömür boyu yazılanlara fikir verməmişəm.

 - Sizi daima eyni geyim üslubunda görürük. Geyimlərlə bağlı kompleksiniz var?

- Mən hər zaman bu üslubda oluram. Mənə belə rahatdı. Adi həyatda da belə geyinirəm. Bu da mənim üslubumdur. Yazılı, cırıq, cinslər və sırğalar mənlik deyil. Kim nə edirsə, yaxşı edir. Mən gedib kiminsə qarşısını kəsə bilmərəm ki, niyə sırğa taxmısan? Sadəcə bu, mənim üslubuma aid deyil. Efirə cins geyinməyi xoşlamıram. Ola bilər ki, mənə yaraşmaz. İndi deyə bilərsiniz ki, 60 yaşın var, yox 38 yaşım var. Amma bu da mənim üslubumdur. Yəni ətrafım da mənim kimi geyinir. Belə pis çıxmasın, indi mən belə deyirəm, bəlkə sabah oğlum böyüdü, başına jele vurdu.

 - Xalq artisti Rəmiş (Rafiq Hüseynov) açıqlama vermişdi ki, kişi xeylaqları saç rəngləməməli, sırğa taxmamalıdır. 

- Mən Rəmişin dediyi sözə toxuna və dəstək verə bilmərəm. Məsələn, mən Rəhim Rəhimlini, o da məni çox istəyir. Nə onun geyiminə, nə də üslubuna toxuna bilərəm. Bəlkə sabah mənim saçım elə oldu ki, tam ağardı. Ola bilər ki, saçımı rəngləyim. Ola bilər ki, saçım da tökülsün, saç da əkdirərəm. Parik də qoyaram. 38 yaşdan sonra bilmirəm saç tökülür, yoxsa yox. Yəni mən səhnədən başqa el şənliklərinə gedirəm. İnsanın xarizması olmalıdır.

 - Mikayıl Güləddinoğlu ailədə necədi?

- Bir gün onu gizli kamera ilə çəksəz, hamı gülər. Mən bu yaxınlarda "Qızım gəlin köçəcək, mən hələ yatmamışam" şeirimə klip çəkdirdim. İstədim ki, o klipdə xanımımdan başqa bütün ailə üzvlərimin görüntüsü olsun. Atamın, anamın və övladlarımın. O klipdə oğlum balaca idi. Həm də klipi çəkdirdim ki, doğmalarımdan bir yadigar qalsın. Mənim bir şüarım var. Hər günü deyib gülməklə yaşamaq lazımdır. Bu gün salam verdiyin sabah yoxdur.

 - Açıqlama vermişdiniz ki, xanımınızı işləməyə qoymursunuz...

- İşləyən qadınlara da pis baxmıram. Mənim xalalarım, dayımın yoldaşı işləyir. Sadəcə, mən ailə quranda istədim ki, yoldaşım evdə uşaqlarıma baxsın. Mən özüm də, atam da həyatda tək uşaq olub. Onun nə atası, nə anası, nə də bacı-qardaşı olub. Atam kimsəsiz böyüyüb. O doğulanda anası dünyasını dəyişib. 7 yaşı olanda da atası avtomobil qəzasında ölüb. Mən də imkana görə gec ailə qurdum. Subay vaxtı dedim ki, elə bir xanımla ailə qurum, mənim çoxlu övladlarım olsun, o da onlara baxsın. İndi 3 övladım var. Sabahısı günü eşidə bilərsiniz ki, 4, 5, 6, 7 övladım var. Mən tək olmuşam, ətrafım çox olsun. Qoy onlar bir-birinə dayaq olsun. Xanımım indi işləmək istəsə, onsuz da işləyə bilməz. Çünki övladımın birinin 6, o birinin 4 yaşı var. Balacası isə 9 aylıqdır. Di gəl indi işlə (gülür). Mən köynəyimi, şalvarımı da özüm ütüləyirəm. Niyə eləməyim ki?! Xanımıma da kömək etməliyəm. O, 3 uşağa baxır. Yeri gəlsə, evimi də süpürərəm. Çünki o, yoldaşıma köməkdir. O, mənim balalarıma baxır. 

Milli.Az

Şərh yaz:

54 Şərh:

  • Anonim
    Anonim 2 · 12 Oktyabr 19:21184

    Halaldi vallah sene qadinada komek lazimdir cunki ovlada baxmaq atanin da haqqidi

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 19:272333

    Mende oyrenseydim paltar utulemeyi ela olardi.,Soruşmaq ayıb olmasın ay, Miki müellim bes xanımınız ne isle mesquldu?? yəqin pult əlində futbollara baxır..

    Cavab yaz
    • Anonim
      Esraya · 12 Oktyabr 19:482520

      Senin kamputerden basln ayllsa onda ev işlerinede vaxt aylrsrsan yatmlsan burda şerhlerinde mena kezb etmir

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 20:032013

        Tocnu neneme oxsadun haaaa Vallah billah seni kimi deyir o da, yalniz bir ferq var o mulayim deyir deyir evim esiyim gozumun isiqi gozleruve ziyandi dur bir isin qulpundan yapis ha ha ha )))

        Cavab yaz
    • Anonim
      Esraya · 12 Oktyabr 21:5466

      yerinde dedin

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli (Samaxi) · 12 Oktyabr 21:5947

        Cox saq ol

        Cavab yaz
  • Anonim
    bk · 12 Oktyabr 19:4472

    Halaldi seee...

    Cavab yaz
  • Anonim
    Emmaa · 12 Oktyabr 19:44123

    Eger dedikleri n ciddi dirse onda yüz yasayln

    Cavab yaz
  • Anonim
    Heybet · 12 Oktyabr 20:05414

    Mikayil sen gab yuyan mawin deyilsen.

    Cavab yaz
  • Anonim
    Boyyy · 12 Oktyabr 20:1744

    Neynirsan ela ancaq ser dima . Urayimiz bulanir

    Cavab yaz
  • Anonim
    menn · 12 Oktyabr 20:2494

    Geyimi xowuma gelir. Davraniwi da dediyi kimidirse, ela!

    Cavab yaz
  • Anonim
    Narcis · 12 Oktyabr 20:321812

    Esra Ibrahimli(Samaxi)-mene ele gelirki siz cox saxta bir insansiz.her zaman werhlerinizi oxuyuram ve duwunuremki siz burda xeyalinda oldugunuz birini canlandirirsiz neinki ozunuzu.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli (Samaxi) · 12 Oktyabr 21:171113

      Sehvun var ezizim, o ozun yazmisken sene ele gelir heyatda neceyem ele bir insanam omrum boyu rol oynamiram nede kimise xeyalimda canlandirmiram buna tutarli sebebim de yoxdu

      Cavab yaz
  • Anonim
    Anonim 2 · 12 Oktyabr 21:33110

    Esra xanim yeqin ki subaysiniz insallah aile qurarsuniz 3ovladinuz olar deyersen ki men sehv serhler yazmisam usaq saxlamaq ele bilirsiniz asandi komek lazimdi mutleq ev isleri yemek bisir mektebe apar getir palrarlaru yuyub utlemek bunlarin hamisi qadinin ustune dusur

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli (Samaxi) · 12 Oktyabr 21:4555

      Men serhi zaraftca yazmisam amma Allaha and olsun paltar utulememisem nede utulemirem , guya kisinin qadina komek elemeesinin neyi pisdi ki heyat musterekdi, amma 4 divar arasinda qalsa laaaappp ellla olarrrr coxxx beyler var xanimina komek edir amma hecc kim bilmir bele hadiseleri acib aqardan insan xosuma gelmir.

      Cavab yaz
      • Anonim
        lll · 12 Oktyabr 22:1334

        Erivün uşagıvın paltarını kim ütüleyir bes..düzü aileli olduguna inanmıranm yenede deyumde

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli (Samaxi) · 12 Oktyabr 22:2263

          Mamam utuleyir,ya da mamasi utuleyir .

          Cavab yaz
      • Anonim
        Wirin · 12 Oktyabr 22:2622

        Menim qaynanam deyirki bes gelini niye getirmiwik? Servants bezek Qoymaga? Borcundu ele.

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli (Samaxi) · 12 Oktyabr 22:3163

          Omru boyu qayinanam o sozu demez alanda bilirdi ki, hec vaxt atamin evinde elimi aqdan qaraya vurmamisam bir kelme dedi Esranin guler uzun 1000 dene qocaq arvada deyismerem neynirem is gordu gormedi

          Cavab yaz
      • Anonim
        lll · 12 Oktyabr 22:3056

        Uşagıvun paltarını ütüleye bilmirsen? İnternete ayırdıgın vaxtın her gün yarımca saatını öyrenmeye ayırsan inanki öyrenersen

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 22:4373

          Oyrenmek istemirem,indi qayinanam edir sonra da gelinim edecek vessalam sen niye narahat olursan onlar memnundu bu isi gormeyden ..

          Cavab yaz
          • Anonim
            kama · 12 Oktyabr 22:5420

            mikayila hormetim artdi. kisi adamdi

            Cavab yaz
          • Anonim
            Gunel · 14 Oktyabr 01:1420

            Utulemir eceb edir size dexli var

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 14 Oktyabr 09:1920

              Duzdu duz deyirsennn cox saq olll.

  • Anonim
    Narcis · 12 Oktyabr 22:5354

    Esra Ibrahimli(Samaxi)bir daha oxudum werhlerinizi ve fikrimde yanilmadiqimi duwunurem.Qaynana yaziq neyise diline getirmirse bu o demek deyilki gelin balalarinin,yoldawinin paltarin utulemek yerine saytlarda boyunu awan werhler yazmali)))

    Cavab yaz
    • Anonim
      Sofi · 12 Oktyabr 22:5831

      Mikayl menim qardasimin toyun aparib. Super toy aparir. Veriliside yaxsidi

      Cavab yaz
    • Anonim
      lll · 12 Oktyabr 23:0243

      Düzü Narcis xanım.men heç inanmıram esranın aileli olduguna ne bilim hansı xeyal dünyasında yaşayır.heç ni qaynana ya ana demez ki qızım ya gelinim sen otu saytda şerh yaz men yoldaşıvın uşagıvın paltarını ütüleyerem plusda senin

      Cavab yaz
    • Anonim
      Esra Ibrahimli (Samaxi) · 12 Oktyabr 23:0455

      22 53 sen ne isteyirsen yaxamnan ay bala get isinle mesqul olda yandirirda gerek oturaydim deyerdim qayinanm mene zulum edir senede lezzet ederdi cunki paxilsiniz yaziram lappp ecceb edirem qayinanm biler men bilerem sene neee, neyniyim bextime superrr qayinana dusub Insaallah da superrr de gelin duser gelecekde islerim lap fisqiriq olar ellllaaa superrr olarrr

      Cavab yaz
      • Anonim
        ...₺₺₺&&&: · 12 Oktyabr 23:3040

        Esra Allah yaxwı qaynanaları hemişe var elesin. Menim qaynanamda mene anadır anama deye bilmediyim bütün derldkeri problemleri ona deyirem o qeder yaxınam 1gün danışmasam olmur. MawAllah olsun. Qısacası cox uzun olmasın cox yaxşı insandı Allah razı olsun. Burda eyer yazmaq isteyen olar ki teze gelinsen ayrı yaşıyıyırsan xeyir -7-8ilin geliniyem 6- il bir evde yaşamışıq bakıdada yaxın yaşıyırıq demek olarkı hemişe bir yerde oluruq.

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli (Samaxi ) · 12 Oktyabr 23:4152

          Ay saq ol Allah sizi xosbext elesin Amin,burdakilar ele bilir ki, qayinana deyilende mutleq ezazil bir varliq olmalidi menim qayinanam belke de qizindan coxxx meni isteyir

          Cavab yaz
          • Anonim
            ...₺₺₺&&&: · 13 Oktyabr 07:1400

            :))))Aha eledi. Baldızım yoxdu olsaydıda ferq elemezdi. Qaynanam oglundan cox belkede meni isteyir arxamda durar hemişe. İndi qaynanalar gelinlere burdan dur ora utur deyende dava başlıyır niye gerey mene bunu demelidi. Ay gelin anan kimi düşünde onu dedidedide dava salinmalidi erini niye gece yatagda bezdirirsen anan bele dedi mama qaynanam bele dedi. O pisdi sen yaxwı ol gün gelir devarn döner. Cavab qaytarma güler üz ol hörmet saxlayan ol. O yaxwı deyilse gün geler ele gelin cıxarki qabagına seni elinin içinde gezdirer. Ne tökersen aşına oda çıxar qaşıgına.

            Cavab yaz
          • Anonim
            ...₺₺₺&&&: · 13 Oktyabr 07:2211

            Men gelin gedende anam mene dedi qizim qaynanan anan qaynatan atan. Seni döyseler söyseler sözün gelişi yeni sesin cıxmasın cavab qaytarma hörmetlerini saxla. Allah her ikisinden razı olsun. Yeniki sözüm ondadıkı Ana var qizina deyir qaynanan gülden artıq sene söz dese susuma erine de qaynanla dalaş ele bilmesinler sen karsan.

            Cavab yaz
            • Anonim
              Esra ibrahimli (Samaxi) · 13 Oktyabr 11:2340

              Allah mehriban elesin butun qelbimle inaniram bele qayinanalar var, cunki Sahidiyemm..

            • Anonim
              Gunel · 14 Oktyabr 01:1710

              Eceb edir utulemir.internete gurir.size ne dexli

            • Anonim
              Rauf · 14 Oktyabr 01:1820

              Anam atam seni boyudubii gedib doyulesen? Nc nc

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 14 Oktyabr 09:1920

              Gunel cox saq olll terefimi saxladin coxxx saq olll..

  • Anonim
    broken · 12 Oktyabr 23:1134

    Bizde atamizin evinde elmizi aqdan qaraya vurmuruq gedenden sonra onlar hami olunmalidi hecne eden deyildinse oturardin ele atavin evinde utlemirem bacarmiram demey asantdi bizde onu deyib bawmizdan atiriq ama sen gelinsen bele weyler yarawmir

    Cavab yaz
    • Anonim
      lll · 12 Oktyabr 23:1833

      Size heç inandırıcı gelirmiki hansısa qaynana deye ki gelinim sen otur sayta şerh yaz men erivun uçagıvın plusda senin paltarlarını utuleyerem prosta birdene sen bidene gül yeter.hemde qaynana

      Cavab yaz
    • Anonim
      Esra Ibrahimli (Samaxi) · 12 Oktyabr 23:1953

      Ay bajiii menden ne isteyirsinizzz mene xos qayinanama xos anama xos hammiya xosdu sikayet yoxdu Allah hamiya menim kimi xosbextlik nesib etsin , onlar menim saq elimdiler sol elimdiler komek edirler hec kime dexli yoxdu atamin evinde niye otururdum ki 1 dene qiz idim bacisiz qardassiz oturum atamin evinde ?? Olmaz axiii seni kimilerde Narcis kimilerde desin buyyy Esra qariyib alan yoxdu

      Cavab yaz
    • Anonim
      sevgi · 14 Oktyabr 01:2020

      Paxilliq edirsiz mence.sizin qaynaniz ele deyil)).mendede Esra kimidi iw glrmurem.anam edir herweyi birde baldizim.iw gordurmek ucun evlenmemiwemko

      Cavab yaz
  • Anonim
    Terane · 13 Oktyabr 00:0860

    Mikayil, senden chox xoshum gelirdi, indi ise daha da hormetim artdi. Allah sene komek olsun, balalarin hemishe atali-anali olsun, hemishe ucalarda olasan. Her balani Allah min budag etsin. Ugurlar sene. Amin.

    Cavab yaz
  • Anonim
    Aza · 13 Oktyabr 01:3314

    Paltar utuuluye bilmirem deyenler duz demirler. Bacarirlar amma bacarmiram deyirler bu bir nob ozunu yuxardan aparmaq kimiki. Yeni xeyallar bawqadi, realliq bawqa. Xeyallarinizi daniwmayin. Mende tek uwaq olmiwam. Hec bir iwde gore bilmirdim. Yoldawimda bunu bilirdi, qaynanamda rehmete getmiwdi. Aile qurandan sonra ozum oyrendim. Evvel nece koyneyi utuleyende yandirmiwdim amma Yoldawimda destek oldu demek Olar o oyretdi mene. Deyirdi bu defe olmasin gelen defe Olar. Yemek biwirirdim bilirdimki, dado pisdi amma yoldawim ele yeyirdi yemeyi deyirdi cox dadlidi. Ozum bawa duwurdumki, nese catmir. Mama tel bawa salirdi gucle resepti yazib eliyirdim. Ovladimda oldu indi ona her weyi biwire, utuleye bilirem. Insanin icinde olmalidida. Bacarmir demekle olmurd

    Cavab yaz
    • Anonim
      ????????????? · 13 Oktyabr 11:4014

      wey bir yana uwagin paltarini qayinana utuleyende hec daxili narahatliq utanma olmurmu goresen? Her halda qayinana ozunden 2 defe boyuk olar

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 13 Oktyabr 15:2141

        3 defe boyukdu yox narahatcilik kecirtmirem, cunki mende onu basqa cure hormetin saxlayiram bunu bilin,

        Cavab yaz
        • Anonim
          sevgi · 14 Oktyabr 01:2220

          O beyem iw gormek ucin evlenirdiki? Niye utansin.eceb edir bele lazimdi..Esra fikir verme.ozunu ustde tut.awagida olani ezirler hemiwe.bunlara doyulen soyulen bedbext qiz lazimdi.gozleri oyrewib bele gelinleri gormeye.yaziqlar

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 14 Oktyabr 10:5320

            Cannnn coxxx saq olll,amma qesden ozumu ustun tutmuram Allahaqqi beleyem bele de qebul edirler cox saq olsunlar Allah komeyiniz olsunn.

            Cavab yaz
  • Anonim
    Haaaa · 13 Oktyabr 01:3612

    Yaxwi aparicidi. Amma qiwqira qiwqirma daniwigi hereketleri mene suni gelir nedense.

    Cavab yaz
  • Anonim
    broken · 13 Oktyabr 11:3122

    Esra wamaxili....duzdu senin heyatindi senin iwindi ama elemirem bilmirem anam qaynanam edir deyib burda ozunu kime gosderirsen...sen evli deilsen men buna inanmiram..evli qadin her werh cavab yazana her sual yazana cavab yazmaz bacarib bacarmadiqi weyleri demez en azindan bilmirsen byrda yazan kiwidi ya qadindi

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 13 Oktyabr 11:4251

      Heri sene gosterirem ozumu, ay bala menim ozumu gostermeye ehtiyac yoxdu tenboleeee virtualda real olmayan bir heyatda neyime lazimdi menim heyatim bu tefdedi realliqda gul kimi etrafim ve hayatim var, sadece serh yaziram heccc kime de dexlisi yoxdu mudaxile yazmasinlar , ele bil yalvariram ki, serhime miz atsinlar here bir serh yazir sizden yazin cixinda mecburdu Esraya miz atasiniz ne yaziram ozum bilirem.

      Cavab yaz
      • Anonim
        sevgi · 14 Oktyabr 01:2320

        Yazir eceb edir size ne?.bezmediz wablon sozleri iwletmekden? Evli qadin onu etmez,ei qadin bunu etmez,.evli olanda nolurki.eveli qadin insan deylki aa

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 14 Oktyabr 10:5320

          Ayyy saq olll dubbeduz yazirsiniz canim menim dubbeduz ele bil evli gelin kiminse quludu kolesidi.

          Cavab yaz
  • Anonim
    broken · 13 Oktyabr 11:4824

    Esra wamaxili....hec kim sene miz atmir heckimede lazim deilsen....sen bilirsen ne yazirsan ozude cox yaxwi bilirsen bele werhler yazib insanlari ozunw celb edirsen isder isdemez sene yazacaqlar mende bele sozler yazsam menede yazarlar....otur bir yazdiqlarva bax sonra bilki hami nie sene yazirsa

    Cavab yaz
    • Anonim
      Peri · 14 Oktyabr 01:2410

      Coxunuz belkede paxilliq edirsiz Esraya.deyrsiz kaw menimde bele qaynanam olardi rahat olardim.kininizi esraya pis soz yazmaqla tokur paxillar

      Cavab yaz
  • Anonim
    Gunel · 14 Oktyabr 01:1110

    Gozume ucaldi bu insandi.sozlerinden sora

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.