Şou-biznes

Xumar Qədimova: "Məni sevən insanın mənsiz xoş günü ola bilməz" - FOTO

12 Oktyabr 2017 21:05
46 Şərh     Baxış: 5 290

Əməkdar artist Xumar Qədimovanın Milli.Az-a müsahibəsi.

- Xumar xanım, bildiyim qədərilə uşaqlıqdan böyük qadağalarla böyümüsünüz. Həqiqətən sizə qadağalar olubmu?

- Bəs nə? Əlbəttə ki, qadağalar çox olub. Uşaqlıqdan qadağalarla böyüdüyüm doğrudur.

- Bəs, Xumar xanım özünə həyatda və sənətdə nəyi qadağan edib?

- Özümə gücüm çatır ki, nəyisə qadağan edim?

- Son ifa etdiyiniz "Doğulduğum ev" orijinalından daha çox sevildi. Doğulduğunuz evdə nəyiniz qalıb?

- Doğulduğum evdə çox şeylər qalıb. Ən əsası isə uşaqlığım qalıb. Düzdür, indi də böyüməmişəm, amma yenə də...

- Fəlsəfi və ilahi eşqin vurğunusunuz. Bu mövzu yazıb, oxuduğunuz əsərlərdə də ön plandadır. Olmaya Xumar xanım ilahi eşq ilə yaşayır?

- İlahi eşq Xumar xanımın içindədir. Hər an var, olub, olacaq da.

- Fərqliliyinizə görə həmişə həmkarlarınızdan seçilmisiniz. Sizi digərlərindən fərqli edən xüsusiyyətiniz nədir?

- İçdən olmağım, özüm olmağım. Bu, Allahımın verdiyi, nəsib etdiyi fərqlilikdir,sonradan yaranmayıb.

- Xumar xanım, mahnılarınıza əsər kimi yanaşırsınız, böyük film kimi kliplər hazırlayırsınız, bir sözlə xərc çəkirsiniz. Bu həvəsdir, yoxsa sadəcə olaraq hamıdan seçilmək istəyi?

- Xeyr, sadəcə olaraq gördüyüm işə dəyər verirəm, heç vaxt əlimə götürdüyüm əsərləri yarım buraxmıram, onları tamamlayıram.

- "Bir də gəlməyəcək mənim tək qadın" adlı bir mahnı oxudunuz. Çox insanlar bu mahnını özünüzə ithaf etdiyinizi söylədi. Əgər belədirsə, Xumar Qədimova kimi qadın bir də gələcək, ya yox?

- Xeyr, gəlməyəcək(gülür).

- Bacınız Matan müsahibəsində deyib ki, Xumar xanımın bir çox repertuarını mən seçirəm. Həqiqətənmi belədir?

- Bəli, belədir. Oxuduğum ən gözəl mahnılarımı Matanım seçib. Buna görə də ona minnətdaram.

- Matanın gözəl səsinin olduğunu bilirəm. Siz onun oxumasını istəmirsiniz, yoxsa bu öz seçimidir?

- Bəli, Matanın çox gözəl səsi var. Mən çox istərdim ki, oxusun, hətta ona yalvarıram da oxumur. Deyirəm ki, heç efirə çıxma, amma qoy mənim bir mahnımda duet şəkilində sadəcə səsin getsin. Görək də neynirik, bəlkə yola gətirərik, o da oxuyar.

- Hansı mahnınız sizin əksinizdir?

- Mən "Qurban olum" adlı mahnı oxumuşam. Bu mahnıda bir sətir var: "Mənsiz keçən xoş gününü, bir az gizlə, bir az da dan"... Mən o mahnıda onu oxumuşam, amma xarakterimdə o yoxdur. Məni sevən adamın mənsiz xoş günü ola bilməz. Bu mümkün deyil.

- Nazlı-qəmzəli xanımsınız. Nazınız kimlərisə narahat edibmi, yoxsa elə Xumar xanımı nazına görə sevirlər?

- Nazımı çəkməyi bacaranlar məni elə nazıma görə sevir. Nazımdan narahat olanlar da var. Əminəm ki, onlar da mənim nazımı sevirlər. Bunu dəqiq bilirəm.

- Müğənnilər var ki, efirdə tam başqa, həyatda isə tam başqadır. İstər efirlərdə, istərsə də harda olursa- olsun qadın mədəniyyətinizi qoruyaraq, sakit və hövsələli şəkildə hərəkət edirsiniz. Ümumiyyətlə Xumar xanımı nə hövsələdən çıxara bilər?

- Laqeyd olduqlarım məni hövsələdən çıxara bilməz! Onlar mənim üçün maraqlı deyil, məni necə hövsələdən çıxara bilərlər ki?Təbii ki, sevdiklərim məni əsəbləşdirib, hövsələdən çıxara bilər.

- Bildiyimə görə avtomobil idarə etmirsiniz. Bu bir fobiyadır, yoxsa sadəcə olaraq qadına yaraşdırmısınız?

- Avtomobil idarə edirəm, bəzən verilişlərə qonaq gedərkən sürücü də idarə edir. Fobiyam çoxdur, saymaqla qurtarmaz. O qədər fobiyam var ki... Hündürlük, təyyarə, lift (gülür).

- Rejissor olsaydınız, yaşadıqlarınızı ağ vərəqə köçürüb, ssenariləşdirərək, film çəkərdiniz?

- Mən onsuz da rejissoram. İncəsənət universitetinin rejissorluq fakültəsini bitirmişəm. Amma yox, həyatım haqda film çəkməzdim.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

46 Şərh:

  • Anonim
    maya · 12 Oktyabr 21:16143

    Bir misal var at ölüb itin bayramıdır, savadlı oxuyanlar yoxa çıxanda Xumar kimi əldəqayrılmalar önə çıxır, Fəlsəfəni bilməyənlərin dilində fəlsəfə sözü də cılızlaşır

    Cavab yaz
    • Anonim
      Gun · 13 Oktyabr 05:5612

      Ay saqole nazli qoca qadindi bu

      Cavab yaz
  • Anonim
    gul-gul · 12 Oktyabr 21:17713

    coox sevirem Xumar xanimi,xanim xatindi,adami yormur ne sesi ne de mahnilari

    Cavab yaz
  • Anonim
    Angel · 12 Oktyabr 21:21151

    Onsuzda arigam sen daniwanda tamam et tokurem ve kanali deyiwirem

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 21:29151

    Mahnilari xosuma gelir amma bu danisanda tez kanali deyisirem ürəyim siyrilir hövsələm daralır..

    Cavab yaz
  • Anonim
    Xumaş · 12 Oktyabr 21:39150

    Mene çox maraqlidir ona emekdar artist adi verende nazirlik nəyə əsasən verib.

    Cavab yaz
  • Anonim
    H&t · 12 Oktyabr 21:4261

    Yaxsi oxuyur,yaxsi mahnilari da var.Amma özünü usaq kimi aparir.Ele bil indi ezilib -büzülüb ,sınacaq.

    Cavab yaz
  • Anonim
    ss · 12 Oktyabr 21:44171

    Dünyanın ən saxta və süni qadını, həm də ən əttökəni)

    Cavab yaz
    • Anonim
      Teacher · 12 Oktyabr 22:1042

      Bunu toyda gormusem,kupegiren qariya oxsayir.Amma Metanet Iskenderli cox gozel qadindir.

      Cavab yaz
      • Anonim
        Teacher - ə · 13 Oktyabr 01:0020

        Matan dedikləri bunun bacısıdı. Söhbət siz dediyiniz Mətanət İskəndərlidən getmir.

        Cavab yaz
  • Anonim
    ika.e · 12 Oktyabr 22:23140

    Düzdü oxumagının filan fanatı deyilem..Amma efirde kişi kimi danışıb , agzını açanda tehqirle açan " xanımlara" baxanda Xumar beyenilesidi

    Cavab yaz
  • Anonim
    Əsranur · 12 Oktyabr 22:28194

    İfasını dinləyərkən dincəldiyim,mahnılarının çoxunda özümü tapdığım Xumar xanım!Noooolar,sən ancaq oxu.Nooolar,danışma..Hələ böyümədiyini voobşe demə-çünki,uje qulağın heyva kimi saralıb.Nooolar ət tökmə..Hələ o balağuvu 5 yaşında,alt paltarının krujevası qısa donundan da çıxan körpə qız uşaqları kimi qaldırma..Balağından sonra,silikonlu dodağını görəndə,elə bil amneziya keçirirəm.Elə bil şitə girirəm,transformatora girirəm...

    Cavab yaz
    • Anonim
      ss · 12 Oktyabr 22:5650

      Qatar da gedibe)

      Cavab yaz
      • Anonim
        Əsranur · 12 Oktyabr 22:5951

        :))))O özü elə demir axı.Deyir hələ samakatdayam:))))

        Cavab yaz
        • Anonim
          ss · 12 Oktyabr 23:1930

          Bizi aldada bilməz amma)

          Cavab yaz
      • Anonim
        lale · 13 Oktyabr 02:5500

        Oxuyanda senin sms eriyirem men

        Cavab yaz
        • Anonim
          ss · 13 Oktyabr 09:5500

          Salam.Niyə əriyirsən?

          Cavab yaz
          • Anonim
            lale · 13 Oktyabr 10:0601

            Mene ele gelir coxxxz ehtiraslisanñnn ele dusunurem

            Cavab yaz
            • Anonim
              Lale · 13 Oktyabr 10:2601

              Hara getdin isdeyirsen hec yazmayim de bilim cunki bele gozleye bilmirem sebr yoxduuu

    • Anonim
      H&t · 13 Oktyabr 02:0600

      Esranur xanim

      Cavab yaz
  • Anonim
    SEVİL · 12 Oktyabr 22:4551

    Əsram , kaş Xumar səni oxuya .Toşnu danışmaz ))))

    Cavab yaz
    • Anonim
      Əsranur · 12 Oktyabr 22:5232

      :)))))Bilmək olmaz.Məncə,onda voobşe dayanmaz..Balağı da heç aşağı salmaz:))))

      Cavab yaz
  • Anonim
    Sebine moskova · 12 Oktyabr 23:0331

    Xumarin sesinde nol.ozunude beyenmirem .cenesinin uzunluquna

    Cavab yaz
  • Anonim
    Niko @@@ · 13 Oktyabr 00:0541

    Bu Xumarda axir vaxtlar cox lutlenir eyy ele daniwir ki lap biwmiw toyugun aglamagi gelir.

    Cavab yaz
  • Anonim
    Gun · 13 Oktyabr 05:5510

    Qoca srvaddir guya nazlidi

    Cavab yaz
  • Anonim
    pərvanə · 13 Oktyabr 09:1702

    qəşəng oxuyur.

    Cavab yaz
  • Anonim
    pərvanə · 13 Oktyabr 09:1813

    qəşəng oxuyur

    Cavab yaz
  • Anonim
    Niyameddin · 13 Oktyabr 09:4222

    Sadece onu deye bileremki, sevirem da bu xanimi!

    Cavab yaz
  • Anonim
    lale · 13 Oktyabr 10:0712

    Ne bilim sende ne var meni cekirr ozune berk cekir

    Cavab yaz
    • Anonim
      lala ss ye · 13 Oktyabr 10:1500

      Ss ye Yazmisam

      Cavab yaz
    • Anonim
      ss · 13 Oktyabr 10:3300

      Sən canın məzələnirsən mənimlə?

      Cavab yaz
      • Anonim
        lale · 13 Oktyabr 11:1700

        NIyekii ? Allah haqi gormemisem amma cox isiyirem ele bil alimrnt isdiyirem ele itirsen kiii nedi ne olub

        Cavab yaz
        • Anonim
          ss · 13 Oktyabr 12:1500

          İşdəyəm,ona görə itirəm

          Cavab yaz
          • Anonim
            lale · 13 Oktyabr 12:2800

            Mende isdeyem amma arada baciram ki gorum yazmisan nese

            Cavab yaz
  • Anonim
    sema · 13 Oktyabr 10:2020

    Mahnilari qeweydi .Ozu ise)) dehwet filmlerin qehremanina oxwuyur.Bibimin nevesi var bunnan qorxur.Evde bir jurnalda wekli var.Yatmiyan kimi deyirler baxx yatmasan bu nene gelib seni aparcaq))) o saat gozunu yumub yatir uwaq

    Cavab yaz
    • Anonim
      ss · 13 Oktyabr 10:4300

      Bundan mən qorxuram,qalmış uşaq olsun)

      Cavab yaz
  • Anonim
    Eli · 13 Oktyabr 10:2100

    Kim isteyir ariqlamaq baxsin bu et token Xumara

    Cavab yaz
  • Anonim
    Gul · 13 Oktyabr 12:0500

    Qisa eteyi basina yarasmir, uzun abirli don geymek lazim idi

    Cavab yaz
  • Anonim
    ss-laləyə · 13 Oktyabr 12:3500

    Harda işləyirsən,sirr deyilsə?

    Cavab yaz
    • Anonim
      Lale · 13 Oktyabr 12:4100

      Resepsin isleyirem

      Cavab yaz
    • Anonim
      Lale · 13 Oktyabr 12:4100

      Sen bes ?

      Cavab yaz
      • Anonim
        ss · 13 Oktyabr 13:2900

        Mənim işim burda deyilməz, bagışla.amma sənin şəhərində işləmişəm bir az.

        Cavab yaz
        • Anonim
          Lale · 13 Oktyabr 13:4100

          Aydindi anladim evlisen ? Ya subay

          Cavab yaz
          • Anonim
            ss · 13 Oktyabr 15:3300

            Mən subayam.

            Cavab yaz
            • Anonim
              lale · 13 Oktyabr 18:4100

              Lap yaxsi Insallah evlenersen

  • Anonim
    Bakinka · 13 Oktyabr 13:4010

    Ne istiyir elesin , nece istiyir geyinsin ..Kime ne , Kimlere ne ?!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.