Şou-biznes

Demet Akalın Aygündən oğurluq edib? - Star TV-dən iddia - VİDEO

26 Sentyabr 2017 15:52
6 Şərh     Baxış: 4 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur maqazin verilişində şok iddia irəli sürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Star TV-də yayımlanan "Duymayan kalmasın" proqramı Demet Akalının son "Damga damga" klipinin Kazımovanın konsert anonsunun plagiatı olduğu iddia edilib. 

"Oğurluq klip" iddiası ətrafında müzakirə təşkil olunub, iki ekran işi barədə sujet təqdim edilib. Bildirilib ki, məsələni guya Azərbaycan qəzetləri ortaya atıb. 

Sujetdə Aygün Kazımovanın Demetdən daha cəsarətli və dəbdəbəli geyindiyi qeyd olunub. 

Verilişin moderatorlarından biri Seren Serengil müzakirənin mənasız olduğunu bildirib:

"Müzakirə mənasızdır. Vaxtımızı boşuna xərclədik. Sonsuzluq, qayalıq, çöl əraziləri bir çox məşhurun klipində yer alıb. Burada sadəcə bənzərlik qaya və buludlardır. Aygün Kazımovanın da klipi çox gözəldir. Demetin heç bundan xəbəri yoxdur. Buradan bütün qardaşlarımızı salamlayıram, onların mahnılarından ötrü ürəyim gedir". 

Digər şərhçi Cengiz Semercioğlu isə iki ekran işində bənzərliyin olmadığını deyib:

"100 faizdən cəmi 3 faiz bənzərlik var. Bunun kimi 10 klip var. Aygün Azərbaycanın sevimli ulduzudur. Azərbaycan qəzetləri belə bir şey yazıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.