Şou-biznes

Nazim yenidən Türkiyəyə müayinəyə getdi

26 Sentyabr 2017 10:31
3 Şərh     Baxış: 3 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Faytonçu" ləqəbli müğənni Nazim Pişyari səhhətindəki problemlə bağlı yenidən Türkiyəyə yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi sağlamlığı ilə bağlı xəbərləri İnstaqramda bölüşüb.

O bildirib ki, həkim artıq heç bir ciddi problemin qalmadığını deyib:

"Bütün dostlarımı, qohumlarımı, ailəmi, məni sevənləri sevindirməyə tələsirəm. Yoxlanışdan keçdim, nəticə əla oldu. Sağlamam... Bütün həkimlərimə təşəkkür edirəm".

Qeyd edək ki, nazim öd kisəsindən əməliyyat olunub. Həkim səhvi nəticəsində o, 12 saat əməliyyatda qalıb, daha sonra ona yalandan xərçəng diaqnozu qoyulub. Sağlamlığında ciddi problemlər yaranan müğənni İsrail və Türkiyədə müalicə alıb, bir neçə dəfə əməliyyat olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.